Azərbaycan “Beynəlxalq Kombat Cui-Citsu Federasiyası“nın konfransında təmsil olunub
Tarix: 25.10.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti və 1-ci vitse-prezidenti "Beynəlxalq Kombat Cui-Citsu Federasiyası"nın konfransında iştirak ediblər.
Regionda fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və federasiyanın 1-ci vitse-prezidenti Rəsul Məmmədov Kiyevdə keçirilən dünya çempionatı çərçivəsində "Beynəlxalq Kombat Ciu-Citsu Federasiyası" -nın növbəti konfransında iştirak ediblər.
Konfransda federasiyaların gələcəkdə baş tutacaq birgə təqvim planları ilə bərabər regionda Kombat Ciu-Citsu idman növünün inkişafı perspektivləri də müzakirə olunub.
Bununla yanaşı həm də Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının hakimlər komitəsinin sədri olan Rəsul Məmmədov yeni hakimlərin təyin olunması üçün seminar təşkil edərək onların attestasiyasında iştirak etmiş, həmçinin yeni lisenziya alan hakimləri qaydalarda edilən dəyişikliklərlə tanış etmişdir.
Aqil Acalov tədbirdə iştirak üçün iyirmi müxtəlif ölkədən təşrif buyuran nümayəndə heyətinə son bir ildə regionda keçirilən seminarlar və digər idman tədbirləri, habelə əldə olunan müsbət nəticələrlə bağlı məlumat vermişdir.
20 ölkədən 345 idmançının iştirak etdiyi çempionatda yarışlar güləş, tamkontaktlı döyüş və özünümüdafiə olmaqla üç kateqoriyada keçirilib.
Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi ilə ölkəmizin yığması bu tədbirdə 5 nəfərlik heyətlə iştirak edib.
“Güləş” kateqoriyasında 16-17 yaşlı idmançılar arasında yarışlarda Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medal qazanıblar. Tamkontaktlı döyüş yarışlarında da çıxış edən Yasər Əhədli bu döyüşdən gümüş medal qazanıb. Eyni kateqoriyada çıxış edən Zaur Məmmədov bürünc medalla kifayətlənməli olub.
Yaşlı idmançıların yarışlarında “Güləş” və “Özünümüdafiə” kateqoriyalarında çıxış edən Vüqar Cəfərov (77 kq) hər iki kateqoriyada bürünc medala layiq görülüb.
92 kq çəki dərəcəsində “Güləş” kateqoriyasında çıxış edən Ramin Kazımov da bürünc medal qazanıb.
Beləliklə, 7 medal qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutaraq dünya çempionatının komanda kuboku ilə təltif edilib.
Yarışın və konfransın sonunda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Azərbaycan komandasının üzvləri ilə görüşərək əldə etdiyi nəticələrə görə onları təbrik etmiş, ölkəmizi sərhədlərimizdən kənarda da layiqincə təmsil etdikləri üçün öz minnətdarlığını bildirmiş və onlara gələcəkdə də uğurlar arzulamışdır. Onu da qeyd edək ki, yarışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları fəal iştirak edərək idmançılarımız üçün əllərindən gələn dəstəyi əsirgəməmiş və onlara mənəvi dayaq olmuşlar.
Onu da qeyd edək ki, NESS (Norton Enterprises Support Services) şirkəti tərəfindən Azərbaycan idmançılarının dünya çempionatında iştirakına xüsusi dəstək göstərilmişdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info