Çavuşoğlu: “Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, Qarabağ münaqişəsi həllini tapar”
Tarix: 25.10.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


“Son zamanlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarından narahatıq və bunu açıq şəkildə bəyan etmişik”. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan nə vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşsə, Qarabağ məsələsini müzakirə edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin işi nəticə vermədikdə, Türkiyə Prezidenti rusiyalı həmkarına dolayısı ilə bu münaqişəni Rusiyanın həll edə biləcəyini vurğulayıb. Düzdür, sonuncu Soçi görüşündə bu məsələ gündəmdə olmayıb. Azərbaycanın ərazi bütövlüyü sülh yolu və beynəlxalq təşkilatların qərarları əsasında həll edilməlidir. Biz münaqişənin həll edilməsi üçün səylərimizi artıracağıq. Cənab Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, bu problem həll olunar. Bu, Ermənistanın da xeyrinə olar. Çünki onlar regiondan təcrid olunublar”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info