Özbəkistanın İslam Sivilizasiya Mərkəzi ilə Azərbaycana dair birgə layihələr həyata keçiriləcək
Tarix: 25.10.2019 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Özbəkistanın İslam Sivilizasiya Mərkəzi ilə Azərbaycana dair birgə layihələr həyata keçiriləcək, Mərkəzin kitabxana və muzeylərində Azərbaycan bölməsi yaradılacaq.
Özbəkistanın İslam Sivilizasiya Mərkəzi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri arasında görüş keçirilib. Görüş zamanı birgə əməkdaşlıq əlaqələrin yaradılması, birgə tədbirlərin layihələrinin icrası, Daşkənd şəhərində tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin muzey və kitabxanalarında Azərbaycana dair unikal eksponat və guşələrin yaradılması və başqa aktual məsələlər müzakirə olunub.
İslam Sivilizasiya Mərkəzinin Direktoru Şoazim Minovarov ilk öncə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışmışdır. O, Özbəkistan prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiya Mərkəzi haqqında məlumat vermiş, hazırda Daşkəndin qədim hissəsində10 hektar ərazidə inşa olunan və orta Asiyada analoqu olmayan Mərkəzin yaradılmasının əsas məqsədinin zəngin dəyərlərə və ənənələrə malik olan Özbəkistanın İslamı dünyaya gözəl ənənələrini çatdırmaq, onun sülh, humanizm, inkişaf dini olduğunu göstərmək olduğunu söyləyib. Mərkəzdə region alimlərinin yaratdığı böyük irs və onların dünya sivilizasiyası, mədəniyyəti, habelə İslam mədəniyyətinə verdiyi töhvələri araşdıran, tədqiq ediləcəyini bildirən maq, Şoazim Minovarov islam dəyərlərinin təbliğində böyük işlər həyata keçirən Azərbaycanın təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu bildirib. Ş. Minovarov Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlıqda maraqlı olduğunu və yaradılacaq İslam Sivilizasiya Mərkəzinin muzeyində islam irsinə dair eksponatlarnan zənginləndirilməsi, kitabxanada Azərbaycan fondunu yaradılması, habelə Azərbaycanın müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrin yaradılması məsələlərində Mədəniyyət Mərkəzinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Öz çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Azərbaycanın İslam Ölkələri arasındakı əməkdaşlığa daim böyük töhfə verdiyini və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirdiyini bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə keçirilən mədəniyyətlərarası dialoq Forumu, ölkəmizin islam həmrəyliyinə verdiyi töhvələrdən danışaraq, Azərbaycanda tolerantlıq və dinlərarası xoş münasibətlər sisteminin yaradıldığını, 2017-ci ildə Azərbaycanın ev sahibliyi ilə təşkil olunan İslam Həmrəylik Oyunları haqqında məlumat verib.
Natiq Azərbaycanda əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığını və müxtəlif millətlərin birgə yaşadığı məkan olduğunu qeyd etmiş, ölkədə əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulması məqsədi ilə Azərbaycan dövləti tərəfindən uğurlu siyasət aparıldığını söyləyib.
Samir Abbasov gələcək əməkdaşlıq məsələlərinə toxunaraq İslam Sivilizasiyalar Mərkəzi və Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair memorandumun imzalanmasını təklif edib. Hər iki ölkənin İslam abidələrinə dair Daşkəndə böyük tədbirin təşkili, Azərbaycan və Özbəkistanın islam abidələrinin foto sərgisinin keçirilməsini, İslam Sivilizasiya Mərkəzində yaradılacaq kitabxanada Azərbaycan fondunun təşkilini öz üzərilərinə götürdüyünü qeyd edib. O, hər iki ölkədə qarşı tərəfə dair unikal əlyazmaların saxlanıldığını, xüsusilə islam irsinə dair əhəmiyyətli nəşrlərin sürətlərinin gələcəkdə qarşılıqlı prinsiplərlə mübadiləsi layihəsi üzərində işləməkdə maraqlı olduğunu bildirib.
O, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmaqda olan Azərbaycan-Özbəkistan Dostluq Muzeyində ayrıca olaraq hər iki ölkənin milli dəyərləri olan İslam abidələrinin maketlərinin guşəsinin təşkil edildiyini və gələcəkdə bu sahədə birgə konkret layihələrin icrasını təklif edib.
O, rəhbərlik etdiyi Mərkəz tərəfindən hər il Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini, xalqlarımızın tarixi dostluğunu, ortaq dəyərlərinin təbliğ edildiyini vurğulayıb.
Görüşdə İSM-nin direktoru Şoazim Minovarov Azərbaycan tərəfinin maraqlı təkliflərlə işləməyə hazır olduqlarını, bütün təşəbbüslərin əhəmiyyətini nəzərə alaraq, birgə tədbirlər planının tərtibini təklif edib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruna tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin binası, onun gələcək strukturu, planları barədə məlumat verilib. Qeyd olunmuşdur ki, İslam İncəsənəti Muzeyinin fondunda 40 min eksponatın nümayiş etdirilməsi, kitabxanada isə 100 000 nadir, tarixi kitabların, əlyazmaların, habelə islam irsinə dair müasir nəşrlərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Bundan başqa, Mərkəzdə islam irsinin elmi tədqiqat bölümü, nəşriyyat, konfrans-zal, qədim kitabların və əlyazmaların bərpa bürosunun yaradılması planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info