Qoşulmama Hərəkatı qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir
Tarix: 25.10.2019 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycana bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.
O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada qlobal qərarların qəbul edilməsində yaxından iştirak etməlidir: “Qoşulmama Hərəkatı qlobal təhlükəsizlik üçün çalışan bir təşkilat kimi qəbul edilməlidir. Türkmənistan öz məsuliyyətini anlayaraq sülhün təmin olunmasına dəstəyini göstərir. Beynəlxalq terroçuluğa qarşı effektiv mübarizə aparmaq vacibdir”.
Q.Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin qlobal antiterror strategiyasının həyata keçirilməsinin tərəfdarıdır: “Bu mübarizə həm qlobal, həm regional, həm də dövlətlər səviyyəsində həyata keçirilməlidir. Qoşulmama Hərəkatına üzv ölkələr qaçqınlar problemindən əziyyət çəkir. Son illər ərzində bizim dövlət 20 mindən çox qaçqına və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verib. Türkmənistan Qoşulmama Hərəkatında qaçqınlarla bağlı ayrıca bölmənin fəaliyyət göstərməsini təklif edib və bu gün də təklif edir”.
Türkmənistan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatı həmçinin qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir: “Təşkilat vahid mövqedə çıxış etməli, öz iqtisadi gündəliyini təşviq etməlidir. Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməlidir”.
Q.Berdiməhəmmədov əlavə edib ki, Xəzər hövzəsindəki resurslar rasional şəkildə istifadə edilməlidir və Qoşulmama Hərəkatı da bu prosesə dəstək verməlidir.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info