“Ölkəmiz qoşulduğu bütün beynəlxalq hüquq və öhdəlikləri ləyaqətlə yerinə yetirir”
Tarix: 25.10.2019 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Beynəlxalq konvensiyalara qoşulduqda, üzərimizə öhdəliklər götürdükdə daima ölkə Prezidenti cənab İlham Əliyev dövlət və milli maraqlarımızı qoruyur”. Bu fikri Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru Zaur Adıgözəlov bildirib.
Zaur Adıgözəlov deyib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 22 oktyabr tarixli plenar iclasında qəbul olundu: “Beləliklə, Konvensiya Azərbaycan tərəfindən ratifikasiya olundu. Konvensiya uşaqların cinsi istismarının, xüsusilə də uşaq pornoqrafiyasının və fahişəliyinin, habelə uşaqlara qarşı cinsi zorakılığın bütün formalarının, o cümlədən xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixi-sosial inkişafına zərərli olduğunu ehtiva edən beynəlxalq sənəddir. Konvensiya 13 fəsil, 50 maddədən ibarətdir.
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası Avropa Şurasının Dövlət və Hökumət rəhbərlərinin 2005-ci il 17 mayda 3-cü Zirvə Toplantısında qəbul edilmişdir və 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmışdır Konvensiya BMT-nin “Uşaq hüquq hüquqları haqqında” Konvensiyasına, “İnsan hüquq və azadlıqların müdafiəsi haqqında” Konvesiyaya və digər Beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanmışdır. Onu da qeyd edim ki, Milli Məclis Lansarote Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə təsdiq etdi. Həmin bəyanat 3 maddədən ibarətdir. Belə ki, Azərbaycan bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Konvensiyasının müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın tam aradan qaldırılanadək təminat vermir. Və nəhayət Azərbaycan bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır. Qeyd edim ki, ölkəmiz qoşulduğu bütün beynəlxalq hüquq və öhdəlikləri ləyaqətlə yerinə yetirir. Ancaq beynəlxalq konvensiyalara qoşulduqda, üzərimizə öhdəliklər götürdükdə daima ölkə Prezidenti cənab İlham Əliyev dövlət və milli maraqlarımızı qoruyur və bu bütün sənədlərdə öz əksini tapır. Elə bu konvensiyaya qoşulmaq barədə bəyanatımız da buna bir daha əyani sübutdur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info