“Qolos Armenii”: “Paşinyan və ətrafı dövləti talayır, xalq isə yoxsuluq içində çabalamaqdadır”
Tarix: 25.10.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Artıq il yarımdır ki, Paşinyan və onun əsas təbliğatçısı olan Levon Ter-Petrosyan inqilabdan əvvəlki Ermənistanın "quldur dövləti" olması fikrini cəmiyyət sırımağa çalışırlar. Onlar qeyd edirlər ki, hər şeyi qeyri-qanuni olan bu "quldur dövləti"ndə hakimiyyət də"cinayətkar oliqarxiya rejiminə" aid idi.
Ermənilərin "Qolos Armenii" saytının iddiasına görə, Levon bu fikirləri insanların beyninə yeritməkdə israrlıdır. Paşinyan üçün xalqın öz keçmişinə nifrət etməsi vacibdir. Bunun Nikola “siyasi babası” Levon tərəfindən təlqin edildiyini bildirir. Sayt yazır: "Deməli, erməniləri dünənə qədər olduqca bədxah bir ölkədə yaşayırmışlar. Nikol isə onları bu rəzil dünyadan qopara bilib. Ona görə də indi xalqı inandırmağa çalışır ki, müstəqillik qazandıqdan sonra "kölə" kimi yaşayan xalqı "məxməri inqilab"la azadlığa çıxarıb. Bu gün ermənilər ötən ilin oktyabrında Ermənistanda baş verən hadisələri yaxşı xatırlayırlar. Parlament binasını ələ keçirən Paşinyan və onun ətrafı şantaj yolu ilə deputat korpusunun dağılmasına nail ola bildi. Onlar bütün ilkin razılaşmaları pozaraq, 9 dekabrı erkən parlament seçkiləri günü olaraq təyin etdilər. Bu gün Paşinyan və onun "xaç atası" olan Levonun bunları inkar etməyə heç bir haqları yoxdur. Paşinyan indi də məhkəmə hakimiyyətini keçirməkdə israrlıdır. Ötən ilin dekabrında parlamentin ələ keçirən, bu gün isə qeyri qanuni yolla məhkəmə hakimiyyətinə yiyələnməyə çalışan Paşinyan bunun ölkə konstitusiyasına zidd olduğunu başa düşürmü? Xatırladaq ki, həmin vaxt parlament seçkilərinin may və ya avqustunda keçiriləcəyi bəyan edilmişdi. Lakin Ter-Petrosyanın göstərişinə əməl edən Paşinyan parlamenti ələ keçirərək seçki gününü dəyişdi”. Saytın yazdığına görə, Paşinyanın seçki gününü qabağa çəkməkdə əsas məqsədi, ilk olaraq, Respublikaçılar Partiyasının parlamentdə yer ala bilməməsinə nail olmaq idi. Sayt yazır ki, son parlament seçkilərində seçicilərin yalnız 40 faizi iştirak edib ki, onların da 70 faizi Paşinyan blokuna səs verib: Sayt dha sonar sual verir: “Nikolun ailəsinin yaşadığı hökumət bağ evinə külli miqdarda sərmayə ayırıb təmir etməyə, həyat yoldaşının zirehli avtomobildə gəzməsinə ehtiyac varmı? Əgər, doğrudan da xalq Paşinyan və onun ailəsini sevib, onunla "işıqlı gələcəyə" qovuşa biləcəyinə inanırsa, bu halda zirehli maşina nə ehtiyac var? Axı, Nikol özü də dəfələrlə bizlərdən biri olduğunu söyləməyi çox xoşlayır. Görən hazırkı məqamda buna inanmaq olarmı? Əslində, bu gün sadə ermənilərdən fərqli olaraq, Nikol və onun ətrafındakılar həyatın bütün nemətlərindən ləzzət alırlar, tamamilə faydasız xarici səfərlər üçün milyonlarla vergi ödəyicisinin cibinə girir, dövləti talayırlar. Xalq isə hələ də yoxsuluq içində çabalamaqdadır”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info