Macarıstanın turizm təmsilçiləri Azərbaycana gələcəklər
Tarix: 05.09.2013 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Oktyabrın 1-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Ata Travel” turizm şirkətinin təşkilatçılığı ilə Macarıstan Turizm İdarəsinin, turizm şirkətlərinin nümayəndələri, eləcə də media mənsublarından ibarət 15 nəfərlik heyət Bakıda olacaq. Bu barədə şirkətdən məlumat verilib.
“Ata Travel” MMC-nin baş direktoru Vüsal Əliyev info turla bağlı bildirib ki, macar turistlərinin Azərbaycanın turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir. Səfər müddətində qonaqların müxtəlif tarixi məkanlar, Qəbələ və Naftalan, eləcə də muzey və digər mədəniyyət obyektləri ilə yaxından tanışlığı nəzərdə tutulub.
Son vaxtlar Azərbaycan vətəndaşlarının da Macarıstana turist səfərlərinə maraq göstərməsindən danışan Vüsal Əliyev bildirib ki, “AtaTravel” MMC cari ildən bu ölkəni yeni bir istiqamət kimi seçib. Yay mövsümünün əvvəlində Budapeşt-Bakı-Budapeşt birbaşa hava reysi açılıb. Bu istiqamətə aviabiletlərin qiyməti də olduqca münasibdir. Birbaşa hava reysləri “AtaTravel” şirkətinin də müvafiq istiqamətdə fəaliyyətinə stimul verib. Təsadüfi deyil ki, iyunun 29-dan iyulun 5-dək Macarıstana tanışlıq turu təşkil edilib. Tur iştirakçıları Macarıstanın bir sıra yerlərini, o cümlədən paytaxt Budapeşti, Peç şəhərini gəzmiş, müalicəvi suyu ilə məşhur Heviz gölünün, Avropanın ən iri qapalı su hövzəsi sayılan Balaton gölünün sahillərində olublar. Tanışlıq turunun iştirakçıları Budapeştdən avtobusla birgünlük qonşu Avstriyaya - Vyana şəhərinə də gediblər.
“AtaTravel” MMC-nin baş direktoru diqqətə çatdırıb ki, Macarıstana turlar 3, 6 və 10 günlük təşkil edilir. Üç günlük turlar adətən həftənin sonuna - şənbə, bazar və bazar ertəsi günlərinə təsadüf edir. Bu turlarda iki nəfər üçün qiymət 450-500 manatdır. Bu qiymət paketinə aviabilet, transfer, oteldə qalmaq, səhər yeməyi daxildir.
Şirkət rəhbəri qeyd edib ki, Macarıstanın əsrarəngiz təbii gözəlliyi qədim tarixi və zəngin mədəniyyəti var. Həmçinin ölkənin bazarlarındakı ucuzluq da turistləri cəlb edir. Bu ilin iyun ayından indiyədək “AtaTravel” MMC vasitəsilə Macarıstana təxminən 300 nəfər səfər edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info