“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır
Tarix: 25.10.2019 | Saat: 22:19:00 | E-mail | Çapa göndər



Avropa Liqasında qrup mərhələsində 3-cü turun oyunlarında sonra turnirin statistikası açıqlanıb.
Qol.az-ın məlumatına görə, keçirdiyi 3 matçda 6 qol vuran "Qarabağ" 48 komanda arasında 8-11-ci pillələri bölüşdürür. Bu baxımdan 10 qolla ən yüksək göstərici “Arsenal”dadır. “Qarabağ” vurduğu qədər də qapısında top görüb. Yalnız 6 komanda “Qarabağ”dan daha çox qol buraxıb.
Təmsilçimiz Avropa Liqasının ən intizamlı komandasıdır. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdur. “Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadır. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.
Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridir. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.
“Qarabağ” ən çox paslaşan komandalardandır. 3 matçda 1578 ötürmə edən Qurban Qurbanovun komandası bu göstəricidə 8-cidir. Ötürmələrdən 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdir. “Qarabağ”ın orta topla oynama faizi 53-dür.
Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandır. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.
Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudur. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info