Xaçmazlı mühəndis həyətində 25 növ ekzotik quş bəsləyir
Tarix: 25.10.2019 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev 7 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.
AZƏRTAC bildirir ki, ixtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 100-ə çatıb. Təsərrüfatda tovuzquşu, linda və xalmaqor qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.
Ömər Hacıbalayev əvvəllər quşları yalnız maraq xatirinə saxlasa da, indi bu məşğuliyyətdən gəlir əldə etməyə də başlayıb.
Satdığı quşlar arasında ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır.
Təsərrüfatçı ekzotik quşların bəslənilməsinin çətin olduğunu bildirir. Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.
Ö.Hacıbalayevin saxladığı quşlar arasında ən qiymətlisi və diqqətçəkəni tovuzquşlarıdır. Bu quşların qiyməti 500 manatdan bahadır. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir.
Xaçmaz sakini həyətində ekzotik quşların saxlandığı zoopark yaratmaq arzusundadır. Yaxın günlərdə təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
Nar meyvəsi “Viaqranı” əvəz edə bilər
02.12.2020
Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı
30.11.2020
Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
27.11.2020
Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
27.11.2020
Bu xurma koronavirusun qənimidir – Yapon alimləri - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
2 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
3 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
4 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
5 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info