La Liqa: “Villarreal” doğma meydanda “Deportivo Alaves”i məğlub edib
Tarix: 26.10.2019 | Saat: 09:38:00 | E-mail | Çapa göndər



Oktyabrın 25-də futbol üzrə İspaniya La Liqasının X turunun ilk qarşılaşmasında "Villarreal" doğma meydanda "Deportivo Alaves"i qəbul edib.

AZƏRTAC xəbər verir ki, "Estadio de la Ceramica" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 13-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Karl Toko Ekambi açıb. Birinci hissə elə bu hesabla bitib 1:0. İkinci hissənin 50-ci dəqiqəsində qonaqların futbolçusu Lukas Peres hesaba tarazlıq gətirib. Lakin meydan sahiblərinin hücumçusu Karl Toko Ekambi 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Görüşün 84-cü dəqiqəsində "Villarreal"ın hücumçusu Cerard Moreno bir daha fərqlənərək hesabı 3:1 edib. Oyunda son nöqtə 90-cı dəqiqədə qoyulub. Xavier Ontiveros komandasının dördüncü qolunu vurub. Beləliklə "Villarreal" doğma meydanda "Deportivo Alaves"i 4:1 hesabı ilə darmadağın edib.
Bu oyundan sonra "Villarreal" turnir cədvəlində 17 xalla üçüncü pillədə qərarlaşıb.
Turun digər oyunları oktyabrın 26-27-28-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info