Stokholmda İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib
Tarix: 26.10.2019 | Saat: 09:50:00 | E-mail | Çapa göndər



Stokholmda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçin elm, mədəniyyət xadimləri, Stokholmdakı diplomatik korpusun və Azərbaycanın İsveçdəki səfirliyinin nümayəndələri, KİV, yerli ictimaiyyət, Azərbaycan və Türk diaspor üzvlərinin qatıldığı tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycan Naminə" təşkilatı tərəfindən təşkil edilib.
Azərbaycan və İsveçin dövlət himnlərinin səslənməsi ilə başlayan mərasimdə çıxış edən tədbirin aparıcısı Sevinc Abbasova keçirilən tədbirin mahiyyəti haqqında söhbət açıb.
Nəsimi bədii filmdən tərcümə olunmuş fraqmentin nümayişindən sonra tədbirin əsas hissəsi başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa və Amerika ölkələri, eləcə də İsrail üzrə şöbə müdiri Səlhət Abbasova bu tədbirin keçirilməsinə görə “Azərbaycan Naminə” təşkilatına minnətdarlığını bildirib. İmadəddin Nəsiminin insanlıq tarixində iz qoyan böyük şairlərdən biri olduğunu qeyd edən Səlhət Abbasova onun yaradıcılığının dünyanın bir çox ölkələrində öyrənildiyini söyləyib. O, Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirləri siyahısına daxil edilməsini xatırladaraq beynəlxalq miqyasda qeyd olunduğunu bildirib. S.Abbasova bu il Prezident İlham Əliyevin Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edildiyini, habelə “Nəsimi ili” elan olunduğunu vurğulayıb. Bu il çərçivəsində müxtəlif tədbirlərin dünyanın fərqli ölkələrində keçirildiyini bildirən şöbə müdiri, bu cür bir tədbirin Stokholmda baş tutmasının da əhəmiyyətini vurğulayıb. “Nəsimi poeziyasında insanlar arasındakı məhəbbətin gücü və azadlığı hissi tərənnüm olunur. O, humanist ideyalara söykənərək zəmanəsini qabaqlayan düşüncələri insanlara təqdim edib, onları fərqli şəkildə düşünərək inkişaf etməyə sövq edib. Bu böyük şair həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib”, -deyə şöbə müdiri qeyd edib.

Sonra təqdimatla çıxış edən Umea Universitetinin elmi işçi və Azərbaycan diasporunun fəalı Səadət Kərimi İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Bildirib ki, ilk təhsilini Şamaxıda alan, din, məntiq, riyaziyyat kimi elmlərə yiyələnən bu böyük şəxsiyyət öz fəaliyyəti ilə dövrün ən gözəçarpan mütəfəkkirlərindən birinə çevrilib. Nəsiminin əsərləri dəfələrlə müxtəlif dillərə tərcümə olunub və fərqli ölkələrdə çap edilib, barəsində tədqiqat əsərləri yazılıb. Səadət Kərimi diqqətə çatdırıb ki, aradan 600 ildən çox zaman keçməsinə rəğmən onun irəli sürdüyü fikirlər aktuallığını itirməyib və bu gün bu böyük şəxsiyyətin irsi insanlığın mənəviyyat xəzinəsində layiqli yer tutub.
Sonra Azərbaycan əsilli isveçli fəal Siyavuş Dərəxti və “Global Impact” şirkətinin təmsilçisi Thomas Axen Haraldson Azərbaycan haqqında təqdimatlarla çıxış ediblər.
Daha sonra çıxış edən “Azərbaycan naminə” təşkilatın sədri Nadir Hollenbrand qonaqlara minnətdarlığını bildirərək keçirilmiş tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan poeziyasında əvəzsiz iz qoymaqla yanaşı, bütövlükdə Şərq dünyasına böyük təsir edib və bu gün onun irsi İsveçdə təbliğ olunur.
Mərasimin bədii hissəsində isveçli müğənni Kate Christina Roxenhall məşhur “Sarı gəlin” mahnısını ifa edib, yazıçı Abbas Hamidi Nəsimi seirlərinin İsveç dilinə tərcüməsini tədbir iştirakçılarına oxuyub.
Tədbirin sonunda isə İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan rəqs qrupu milli rəqslərimizi ifa edib.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info