Azərbaycanın xarici siyasəti Qoşulmama Hərəkatının prinsiplərinə uyğundur
Tarix: 26.10.2019 | Saat: 09:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın siyasi dialoq mərkəzlərindən birinə çevrilib.
Bunu Trend-ə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, oktyabrın 25-26-da Bakıda növbəti qlobal əhəmiyyətli bir görüşün - Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi buna sübutdur.
A.Səfixanlı qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Sammiti, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı qlobal siyasi məsələlərin, multikulturalizm, sivilizasiyalararası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib.
Aparat rəhbəri bildirib ki, bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib:
"Bu gün Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qeyd etmək istərdim ki, Azərbaycanın apardığı xarici siyasət Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluq təşkil edir. Belə ki, Azərbaycan hər zaman beynəlxalq münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız hamılıqla tanınmış beynəlxalq hüquq normaları və prinsipləri əsasında mümkün olduğunu, dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət olunmasını müxtəlif beynəlxalq və regional platformalarda bəyan edib".
A.Səfixanlı əlavə edib ki, Qoşulmama Hərəkatı əsas təşkilati prinsipləri olan “Bandunq prinsipləri” ilə yanaşı, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, əsas insan hüquq və azadlıqlarına, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək prinsiplərini təşkilatın əsas fəaliyyət istiqamətləri kimi müəyyən edib.
Azərbaycanın Qoşulmama Hərəkatında üzv olduğu az bir müddətdə beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti, üzv dövlətlər arasında böyük nüfuz qazanıb:
"Etimadın məntiqi nəticəsi kimi dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin rəsmi Bakıya həvalə edilməsi barədə yekdilliklə qərar qəbul edilib. Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı və qarşıdakı 3 il ərzində bu hərəkata sədrliyi BMT-də və digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mühüm dəstək verəcək. Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynayıb".




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub
11.11.2019
Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir
11.11.2019
Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirəcək
10.11.2019
“Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?“
10.11.2019
“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10940

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info