Maral onun ovuna çıxan ovçunu öldürüb
Tarix: 26.10.2019 | Saat: 10:17:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arkanzas ştatında ovçu ov zamanı vurduğu maralın hücumu nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə Yelvill şəhəri yaxınlığında baş verib.
"Mən 20 ildir ki, ovçuluq və balıqçılıq üzrə ştat komissiyasında işləyirəm və bu, təcrübəmdə gördüyüm ən qəribə hadisələrdən biridir", - deyə komissiyanın sözçüsü Keyt Stivens bildirib.
Stivensin dediyinə görə, 66 yaşlı Tomas Aleksandr ov tüfəngi ilə erkək bir maralı vurub. Ovçu heyvanın yanına yaxınlaşaraq onun ölüb-ölmədiyini yoxlamaq istədikdə, maral ona hücum edib və Aleksandr ciddi xəsarətlər alıb. Yaralı kişi yaxınlarına zəng vurmağı bacarıb və onlar da öz növbəsində xilasedicilərlə əlaqə saxlayıblar. ANcaq xəstəxanaya aparılarkən orada keçinib.
Ovçuluq və balıqçılıq komissiyasının rəyinə görə, T.Aleksandrın hücum nəticəsində aldığı yaralardan ölüb-ölmədiyi dəqiq bilinmir. Ştat komissiyasının tövsiyələrində bildirilir ki, "öldürülmüş" marallara yaxınlaşmazdan əvvəl ovçular onun təxminən 30 dəqiqə hərəkətsiz olduğundan əmin olmalıdırlar. Aleksandrın bu tövsiyələrə əməl edib-etmədiyi isə məlum deyil.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Almaniyada casus məktəbi açılıb
15.11.2019
Mobil telefonu cibinizdə gəzdirməyin
13.11.2019
Məşhur müğənni qumarda120 min dollar uduzdu
13.11.2019
Ən çox “içən“ ölkələr - Rusiya ilk onluqda
13.11.2019
Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
4 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
5 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info