Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib
Tarix: 26.10.2019 | Saat: 18:34:00 | E-mail | Çapa göndər



"Turan Araşdırma Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" layihəsi çərçivəsində növbəti tədbirini Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini Cavid İsmayıl deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi nəticəsində Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu. 1993-cü ildə düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub bütün infrastruktura malik abad qəsəbəyə çevrildi.
Cavid İsmayıl vətənpərvərliyin ən ali insani hiss olduğunu deyib. Bildirib ki, bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgəyaşayışının tarixi təcrübəsi olan Azərbaycan multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib.
Şair, publisist, professor Əhməd Qəşəmoğlu, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə bəhs ediblər.
Çıxışlardan sonra Cocuq Mərcanlı sakinlərinə Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, professor Əjdər İsmayılovun həyata keçirilən layihə çərçivəsində çap edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” və digər əsərləri, həmçinin yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu kitablar hədiyyə edilib.
Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər, broşürlər, videomateriallar paylanıb.
Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihəsinin məqsədi Vətənə məhəbbət, ölkəmizin ərazi bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info