“AtaBank” “MasterCard” beynəlxalq ödəniş sisteminə qoşulub
Tarix: 05.09.2013 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC-nin “MasterCard” beynəlxalq ödəniş sisteminin sıralarına daxil olması barədə müqavilə imzalanıb. Bu barədə “AtaBank”ın İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın “MasterCard” beynəlxalq ödəniş sisteminə daxil olması ilə bankın bankomatları “MasterCard” və “Maestro” tipli kartlarını qəbul edəcək.”MasterCard Europe Sprl” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla “AtaBank” ASC-yə beynəlxalq ödəniş kartlarının buraxılmasına imkan verilib.
Emissiya çərçivəsində “AtaBank” Maestro, MasterCard Standard , MasterCard Gold, MasterCard Platinum kartlarını istifadəyə verəcək. Bu kartlar VISA International ödəniş sisteminin plastik kartları sırasında eyni funksionnalığa malik olacaq və alınmış sifarişlərin həcmindən asılı olaraq buraxılacaq. Bu plastik kartların respublika daxilində və həmçinin dünyanın 200 ölkəsində bankomatlardan nəğd pul çıxarmaq, ticarət/xidmət mərkəzlərində malların/xidmətlərin haqqını qeyri-nəğd ödəmək, o cümlədən, internet vasitəsilə elektron ödəniş həyata keçirmək məqsədilə geniş şəkildə istifadə olunması, onların istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Qeyd edək ki, “AtaBank” 2004-cü ildən “Visa International” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir. Hazırda, “AtaBank” bu ödəniş sistemin tam hüquqlu üzvüdür. Bankın emissiya etdiyi kartların sayı 26 000-ə yaxındır. Bankın bankomatlarının sayı 77, POS-terminalların sayı isə 8845 ədəddir.
“AtaBank” ASC-nin “MasterCard”ın məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/ AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info