Soyuq havada viruslardan necə qorunmalı?
Tarix: 27.10.2019 | Saat: 08:06:00 | E-mail | Çapa göndər



Havaların soyuması virus infeksiyalarının geniş yayılmasına şərait yaradır. Çox zaman bunun qarşısını almaq mümkün olmur. Elə ona görə də virus infeksiyaları kütləvi şəkildə yayılır. Mütəxəssislər virus infeksiyalarına yoluxmamaq üçün xəstələnmədən öncə bir sıra tədbirlər görməyi, daha doğrusu həyat tərzini buna uyğunlaşdırmağı tövsiyə edirlər.

Hesab olunur ki, düzgün qidalanma metabolizmi gücləndirir və xəstəliklərə qarşı qalxan rolunu oynayır. Bu sırada ilk növbədə C vitamini ilə zəngin qidalar qəbul etmək, günə yaşıl və sarı rəngli meyvələr, onların şirələri ilə başlamaq vurğulanır.
Xüsusilə boğaz nahiyəsində həssaslıq, qıcıqlanma varsa, bunları etmək daha faydalı sayılır.
Hesab olunur ki, viruslara qarşı ən təsirli vasitələrdən biri ekinezya bitkisi, ondan hazırlanan çaydır. Ekineziya və ya digər bitki çayları içməklə viruslara qarşı mübarizə aparmaq, immun sistemini gücləndirmək olur.
Metabolizmin daha sürətlə çalışması üçün gündə 2-3 litr su qəbul etmək vacibdir.
Bundan başqa, keyfiyyətli yuxu da immun sistemini gücləndirir. Gündə ən azı 7-8 saatlıq yuxu orqanizmin lazımi enerji toplamasına yardım edir. Havası dəyişdirilməmiş, nəm, soyuq, eləcə də çox isti ev şəraiti yuxunu pozur, immun sistemini zəiflədir. Ona gör də normal temperaturu olan otaqda yatmaq vacib amillərdən sayılır.
Keyfiyyətli yuxudan sonra qəbul olunan ilıq duş da orqanizmin gün ərzində daha gümrah olmasına imkan verir.
Hər gün piyada gəzmək immun sistemini gücləndirən amillərdən biridir. Həftədə 3-4 gün bunu təkrarlamaq, eləcə də idman etmək viruslara qarşı müqaviməti gücləndirir.(Milli.Az)





 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Tez-tez ağlamaq istəyi...
13.12.2019
Çox yatmaq iflic riskini azaldır, ya artırır?
12.12.2019
Çuğundurun bilmədiyiniz faydaları
11.12.2019
Nazir müavini: “Şprislərin saxta olması iddiası...“
10.12.2019
Duzlu suyun bilinməyən faydaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info