Naxçıvan atleti Tarmenxan Babayev Avropa birinciliyində iki rekord yeniləyib
Tarix: 27.10.2019 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


NUHÇIXAN xəbər verir ki, 17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan daha biri – Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
17 yaşlı atletimiz birdən qaldırma hərəkətində 150 kq-ı ram edərək 8-ci yeri tutub.
Tarmenxan Babayev təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 191 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub.
Toplam 341 kq (150+191) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Tarmenxan Babayev gənclər arasında yarışda iştirak etsə də, əldə etdiyi iki nəticə yeniyetmələr arasında Avropa rekordu olub. Atletimiz təkanla qaldırma hərəkətində 191 kq-la Avropa rekordunu (187 kq) 4 kq və toplamda 341 kq-la Avropa rekordunu (339 kq) iki kq yeniləyib.
İdmançımızla eyni çəkidə çıxış rusiyalı atlet həmkarı bu rekordları növbəti yanaşmada müvafiq olaraq 3 və 13 kq yeniləyib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info