Azərbaycan “Xalqların mətbəxi və adət ənənələri” festivalında təmsil olunub
Tarix: 28.10.2019 | Saat: 10:25:00 | E-mail | Çapa göndər



Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Liseydə “Xalqların mətbəxi və adət ənənələri” adlı festivalı keçirilib.
Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təqdim ediblər.
Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb. Azərbaycanın mənzərələrini əks etdirən tablolar, suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin diqqətini cəlb edib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib, onlar Azərbaycan mətbəxinin ləziz yeməklərinə və şirniyyatlarımıza qonaq ediliblər.
Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidə olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
06.07.2020
“Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
06.07.2020
Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
04.07.2020
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
03.07.2020
Natəvan və Haqverdiyevlə bağlı televiziya filmləri hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info