Polşadakı gənclərimiz erməni təxribatına qarşı etiraz aksiyası keçirib
Tarix: 28.10.2019 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Bir müddət öncə Polşa Azərbaycanlıları Birliyinə ermənilərin Varşavada Azərbaycanın müsbət imicinə xələl gətirmək cəhdi ilə bağlı məlumat daxil olmuşdur. Məsələ bundan ibarətdir ki, burada yaşayan ermənilər "Kraj wojny Marzeń" adlı filmi Kino Kultura adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırıblar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanın Polşa ictimaiyyətini nüfuzdan salınmağa hesablanıb. Lakin Polşadakı həmyerlilərimiz bu arzunu onların ürəyində qoyub.
İlk öncə həmin kinoteatra rəsmi şikayət olunub, həmyerlilərimizin narazılığı geniş şəkildə bildirilib. Daha sonra 24 oktyabr tarixində kinoteatrın qarşısında mitinq təşkil olunub. Buna baxmayaraq kinoteatrın rəhbərliyi geri heç bir addım atmayıb. Bundan sonra Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən 26 oktyabr tarixində, kino nümayiş olunan zaman aksiya təşkil olunub. 50-ə yaxın soydaşımızın etiraz etdiyi aksiyada, filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda şəhər sakinlərinə Dağlıq Qarabağ problemi ilə bağlı məlumat broşürlər paylanılıb. Aksiyanın təşkilatçısı Polşa Azərbaycanlıları Birliyinin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi keçirilən aksiya film bitənə qədər davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info