Yunanıstanda “Odlar Yurdu-Azərbaycan“ fotosərgisi keçirilib
Tarix: 28.10.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Diaspor Gəncləri platformasının təşkil etdiyi "Yunanıstanda Azərbaycan Günləri" layihəsi çərçivəsində "Odlar Yurdu-Azərbaycan" fotosərgisi 24-26 Oktyabr tarixlərində Yunanıstanın Saloniki şəhərində reallaşıb. Sərginin təşkil edilməsində məqsəd Azərbaycanın tarixi və turistik bölgələrini yunan cəmiyyətinə və Yunanıstanda yaşayan fərqli icmalara təqdim etmək, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirmək, xalqları bir-birinə daha yaxından tanıtmaqdır.
Cəmiyyətin baş katibi Salatın xanım Məmmədlinin verdiyi məlumata görə sərgi yerli ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı və sərginin açılış günü sərgi salonuna 100-ə yaxın şəxs təşrif buyurdu. Qonaqlar arasında bir sıra diplomatik heyət nümayəndələri, yerli QHT nümayəndələrin iştirakını da vacib məqam kimi bildirmək istəyirik. Eyni zamanda proyekt yerli kütləvi informasiya vasitələrinin də nəzərindən qaçmadı. Tədbirə bir neçə yunan media qurumunun da təmsilçiləri qatıldılar və artıq Yunanıstan mediası sərgi ilə bağlı bir neçə məqalə yayımlayıb.
Tədbirin həyata keçirilməsində göstərdiyi fəallığa görə fotoqraf Araz Adiloğluna və Chalkos sərgi salonunun direktoru Kostas Parxaridisə təşəkkürümüzü bildirir və gələcək əməkdaşlıqlara ümidimizi ifadə edirik.
Xatırladaq ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən ilk və yeganə diaspor təşkilatıdır. Fəaliyyət göstərdiyi üç ildən az müddətdə cəmiyyətin məqsədlərinə uyğun olaraq, Yunanıstanda Azərbaycan mədəniyyəti, tarixinin təbliği ilə əlaqədar xeyli tədbirlər təşkil etmiş, təqdimatlar etmiş, yerli festivallarda Azərbaycan stendi ilə çıxış etmiş və yerli dövlət strukturları və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi ilə Azərbaycan dövlətinin maraqlarına xidmət istiqamətində tərəfdaşlıqlar qurmuşdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info