“Senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü?”
Tarix: 28.10.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkədə yazdığı statusda media siyasətini tənqid edənlərə cavab verib. Prezidentin köməkçisi tənqidçilərin “tezislərini” çox dəqiq, məntiqli və hədəfə dəyən arqumentlərlə çürüdüb. Əli Həsənov yazır: “Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”. Belələrinə bir cümlə ilə cavab vermək istəyirəm: əgər milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımi informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək, öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği və təlqin edilməsinə, cəmiyyətdə yaşanan proseslərinin şəffaf şəkildə əks olunmasına xidmət edirsə və bu mövcud sahənin hazırkı reallığıdırsa, onda hansı iflasdan söhbət gedə bilər. Yaxud, Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, qlobal informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməsi onun iflası hesab olunursa, o zaman belə məntiqlə mübahisə etməyin qətiyyən yeri yoxdur. Diqqətinizi daha bir məqama yönəltmək istəyirəm. Maraqlıdır ki, mənim kimi yüksək statuslu bir məmurun, ölkə prezidentinin köməkçisinin haqqında istənilən informasiyaları müxtəlif vasitələrlə və istədikləri qədər tirajlayanlar, ayrı-ayrı KİV-lərə sərbəst müsahibə verərək hakimiyyəti sərt tənqid edənlər, özlərinin sosial media ünvanlarından məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar eyni zamanda ölkədə azad media mühitinin olmamasından necə şikayətlənə bilərlər? Gəlin, birlikdə düşünək, senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü? Əlbəttə, yox! Burada söhbət yalnız vaxtilə ölkəni xaosa və anarxiyaya sürükləmək istəyənlərin hazırda eyni ssenarini ən azından Azərbaycan mediasında tətbiq etmək cəhdindən gedə bilər. Təbiidir ki, Azərbaycan iqtidarı bu cür bədxah planların reallaşmasına heç zaman imkan verməyəcək!”.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info