Azərbaycan Dağlıq Qarabağ üçün tarixi şans qazandı
Tarix: 28.10.2019 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda yüksək səviyyədə təşkili və Azərbaycanın bu quruma sədrliyi təkcə qardaş ölkə deyil, bütün türkdilli dövlətlər, həmçinin Türk Şurası üçün tarixi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış türkiyəli politoloq, professor Kürşad Zorlu söyləyib. O deyib ki, Türkiyə Qoşulmama Hərəkatına üzv olmasa da, qardaş Azərbaycanın bu quruma sədrliyi dövründə rəsmi Ankara mənəvi olaraq Qoşulmama Hərəkatında təmsil olunacaq.
Qoşulmama Hərəkatının təsis olunması və inkişaf mərhələləri barədə geniş məlumat verən politoloq K.Zorlu əminliklə qeyd edib ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan bu qurum bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq. Professor Kürşad Zorlu deyib: “Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümündə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qürurvericidir. Azərbaycan bu quruma sədrlik statusu əldə etməklə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə nail olmaq üçün tarixi şans qazanıb”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir
19.11.2019
Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm
19.11.2019
ATƏT-in baş katibi: “Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm“
19.11.2019
IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək
19.11.2019
“Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info