Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşüb
Tarix: 29.10.2019 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures” proqramının (Böyük Britaniya) nümayəndələri Matiyas Şortkuk və Kim Baqli ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə qonaqlar layihə haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, “British Council”un (Britaniya Şurası) dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Beynəlxalq əməkdaşlıq sayəsində Britaniya ilə xarici ölkələr arasında ortaq öyrənmə üçün yeni şəbəkələr və imkanlar formalaşdırır. Proqram həmçinin sənətkarlıq sahəsində tədqiqat və təhsilin təmin olunmasını, layihələrin aktuallığını, habelə yaradıcı təcrübənin keyfiyyətinin qorunub saxlanılmasını və inkişafını davam etdirir.
“Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar və yeni auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini və biliklərin sektor daxilində bölüşdürülməsini təmin edir.
Nazir layihənin ölkəmizdə həyata keçirilməsində maraqlı olduqlarını bildirərək bu sahədə həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə sənətkarlığın müxtəlif sahələri geniş inkişaf edib və bu istiqamətdə mütəmadi sərgilər və festivallar keçirilir.
“Crafting Futures” proqramının ölkəmizdə tətbiqinin bu sahədə həyata keçirilən layihələrə öz töhfəsini verəcəyini qeyd edən nazir bu istiqamətdə baş verən yeniliklər, texnoloji proseslərlə bağlı təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahənin yaradıcı mədəniyyət sənayeləri ilə birbaşa bağlılığı var və bu da birgə əməkdaşlığa öz töhfəsini verə bilər.
Nazir əlavə edib ki, təbliğat və brendləşmənin düzgün aparılmasına dəstək olacaq bu proqramın Azərbaycanın sənətkarlıq məhsullarının dünya bazarlarına çıxarılması üçün də bir platforma rolunu oynayacaq.
Görüşdə “Crafting Futures” proqramının paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sənətkarlara da tətbiq olunması barədə razılıq əldə olunub.
Sonda görüşdə iştirak edən “British Council”un Azərbaycan üzrə direktoru Samr Şah bu layihələrin iki ölkənin mədəniyyət və incəsənət müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info