Azərbaycanın iki güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
Tarix: 29.10.2019 | Saat: 02:35:00 | E-mail | Çapa göndər



Oktyabrın 28-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start veriblər.
Güləşçimiz Əfqan Xaşalov (57 kq) son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı qazandırıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov (65 kq) kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olacaq.
Davud İbrahimov (70 kq) debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisi ilə görüş də gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda D.İbrahimov minimal hesablı qələbə ilə sevinib. Ancaq təmsilçimiz 1/4 finalda Rusiya idmançısı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq.
Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən A.Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən güləşçimiz finalda güləşmək hüququ qazanıb. Qızıl medal uğrunda görüşdə idmançımız gürcü Tariel Qaprindaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri oktyabrın 29-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
“Bu gün komandasını satan sabah torpağını, millətini də satar“
14.12.2019
Neymar “Barselona“nı yenidən məhkəməyə verdi
14.12.2019
Azərbaycan MMA-sı üçün tarixi döyüş
13.12.2019
Rüstəm Orucov Çində bürünc medal qazanıb
13.12.2019
“Liverpul“ Kloppla yeni müqavilə imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info