Azərbaycanın iqtisadi siyasəti xüsusi hörmətə və razılığa layiqdir
Tarix: 29.10.2019 | Saat: 09:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin rəhbərliyi altında keçirilən dövlət iqtisadi siyasəti xüsusi hörmətə və razılığa layiqdir.
Bunu Trend-ə israilli ekspert Yuri Boçarov deyib.
O bildirib ki, Yerevanın Bakıya qarşı apardığı elan olunmamış müharibə şəraitində Azərbaycan yaxşı iqtisadi göstəricilər nümayiş etdirir:
“Bu cür mürəkkəb vəziyyətdə olmaqla, Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində mühüm uğurlara nail olub. Fikrimcə, hökumət orqanlarında baş vermiş kadr dəyişiklikləri, eləcə də dövlət başçısı və müvafiq strukturlar səviyyəsində keçirilən iqtisadi islahatlar doğru zamanda atılmış vacib addımlardır. Hesab edirəm ki, bu cür ciddi addımlar cari vəziyyətin dərin təhlili nəticəsində atılır. Düşünürəm ki, köhnə sistemin yeni ilə dəyişdirilməsi ilə bağlı qəbul edilən qərarlar iqtisadi inkişafın indiki mərhələsində tələbatla əlaqədardır”.
Ekspert dövlət başçısının Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi barədə qərarını Azərbaycanın dövlət siyasətinə əsaslanan düşünülmüş addım kimi dəyərləndirib:
“Dəyişikliklər hər zaman müsbət nəticələrə gətirib çıxarır, bu isə o deməkdir ki, Azərbaycan doğru yoldadır”.
Y.Boçarov dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin mühümlüyünü vurğulayıb:
“Dövlət başçısının milli iqtisadiyyatın neftdən asılılığının azaldılması barədə qərarı, eləcə də qeyri-neft sektorunun prioritet sahələrinin inkişafına yönəlmiş məqsədyönlü addımlar ölkənin düşünülmüş daxili siyasətinin olduğunu göstərir. Fikrimcə, bu cür dəyişikliklərin reallaşdırılması nəticəsində Azərbaycan birmənalı şəkildə qazanacaq”.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info