“Yaş artdıqca işemik insult olma ehtimalı artır”
Tarix: 29.10.2019 | Saat: 12:29:00 | E-mail | Çapa göndər



Dr.Səbuhi Dadaşov: “Əgər başağrısı, baş gicəllənmə, ətraflarda birtərəfli əzələ zəifliyi və ya hissiyyat zəifliyi varsa, ələlxüsus keçmişdə insult diaqnozu qoyulubsa, onda mütləq boyun damarlarıının Ultrasəs Rəngli Doppler müayinəsi olunub yoxlanılmalıdır”



29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.
Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, damar cərrahı Dr. Səbuhi Dadaşov insult xəstəliyi ilə bağlı sualları cavablandırıb.
Dr.Səbuhi Dadaşov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir. O bir çox konfransların, konqreslərin iştirakçısı olub və elmi məruzələrlə çıxışlar edib. Rusiyanın Moskva şəhərində dərc olunan “Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə” elmi jurnallarında çap olunmuş 8 məqalənin müəllifidir.
Dr. Səbuhi Dadaşov Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətində “Abdominal aortanın yukstarenal anevrizmasının müalicə üsulu” adlı 5 471 430 saylı patentin həmmüəllifir. O, Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. Dr. Səbuhi Dadaşovla müsahibəni Sizlərə təqdim edirik.

-Doktor, insult haqqında bir qədər məlumat verərdiniz.
-Beyin qan dövranının kəskin pozulması nəticəsində beyinin sinir hüceyrələrinin ölümü insult adlanır.
-İnsultun hansı növləri var?
-İnsultun 2 növü var: qan təchizatının çatışmazlığı olan işemik insult və qansızma olan hemorragik insult. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Qansızma insultu - beyin arteriyasının qeyri-tramvatik partlaması və qanın kəllədaxili sahəyə axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır.
-İnsultun əlamətləri hansılardır?
-Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi və ya hissiyyatın zəifləməsi, görmənin pozulması, şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması, hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma qabiliyyətinin pozulması, qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı və ya qıcolma tutmaları, yaddaşın qəflətən pozulması, şüurun pozulması insultun əlamətləri ola bilər.
-Daha çox hansı növ insulta rast gəlinir?
- 20-25% hallarda beyinə qansızma nəticəsində inkişaf etmiş insulta, 75-80% hallarda isə işemik insulta rast gəlinir.
-İşemik insultun əsas səbəbləri barədə nə deyə bilərsiz?
-Ateroskleroz xəstəliyi nəticəsində beyini qidalandıran damarların daralması və ya tutulması, ürəkdən tromboemboliya, təzyiqin düşməsi nəticəsində, təzyiqin qalxması nəticəsində beyindaxili kiçik damarların zədələnməsi nəticəsində işemik insult inkişaf edə bilər.
- İşemik insult ən çox hansı damarların zədələnməsi nəticəsində inkişaf edir?
-İşemik insult 38% hallarda boyundan beyinə gedən yuxu və onurğa arteriyalarının daralması və ya tutulması nəticəsində yaranır.
-İnsult olmamış bu damarların xəstəliyi müəyyən edilə bilərmi?
-Əlbəttə, Ultrasəs Rəngli Doppler müayinəsi ilə bu damarlarda olan darlıqlar aşkarlanır və lazımi müalicə taktikası seçilir.
-Müalicə insult olmuş xəstələrdə, yoxsa hələ insult olmamış xəstələrdə aparılır?
-Əslində vaxtı-vaxtında müayinə olunub, bu arteriyalarda olan ciddi darlıqlara müdaxilə olunarsa, pasiyent insult olmaz, amma əgər insult artıq olubsa belə, o darlıqlar aradan qaldırılmalıdır ki, təkrar insult olmasın.
-Müalicə olaraq hansı üsullardan istifadə olunur?
-Yuxu arteriyalarının darlıqları zamanı ya açıq əməliyyat üsulu ilə aterosklerotik darlıqlar təmizlənir və damarın mənfəzi açılır, ya da angioqrafiya üsulu ilə kiçik dəlikdən girilərək darlıq olan hissə balon ilə genişləndirilir və həmin hissəyə stent yerləşdirilir.
-Bu damarları nə vaxt müayinə etmək lazımdır?
-Əgər başağrısı, baş gicəllənmə, ətraflarda birtərəfli əzələ zəifliyi və ya hissiyyat zəifliyi varsa, ələlxüsus keçmişdə insult diaqnozu qoyulubsa, onda mütləq boyun damarlarıının Ultrasəs Rəngli Doppler müayinəsi olunub yoxlanılmalıdır.
-Bu xəstəliyin yaşla əlaqəsi varmı?
-Əksər tədqiqatlar göstərir ki, yaş artdıqca işemik insult olma ehtimalı artır və 40 yaşa kimi az rast gəlinir, amma bu o demək deyil ki, 20 yaşında nevroloji əlamətləri olan insan insult olmur, əlamət varsa, mütləq yoxlanmaq lazımdır, əgər əlamətlər yoxdursa, amma yaşınız 50-dən çoxdursa və ürək-damar xəstəliyiniz varsa, yenə də profilaktik müayinədən keçmək lazımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info