“Azərbaycan BMT-nin çox məsuliyyətli üzvüdür“
Tarix: 29.10.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Azərbaycan BMT-nin çox məsuliyyətli üzvüdür.
Bunu Trend-ə özəl müsahibəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande deyib.

O bildirib ki, Azəbaycan müxtəlif sahələrdə BMT-nin işinə öz töhfəsini verib və BMT agentlikləri Azərbaycanda çox yaxşı işləyir.
T.Məhəmməd-Bande Azərbaycanın BMT Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında töhfəsini vurğulayıb:
"Ölkə DİM-in reallaşdırılmasına yönəlib. Hər bir ölkənin irəliləyişi ümumi irəliləyişə töhfədir. Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olmasına baxmayaraq ölkə sülh yolu ilə nizamlama tərəfdarıdır ki, bu da bütün dünya üçün irəliləyiş hesab olunur".
O deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişə dünyadakı çoxsaylı münaqişələrdən biridir və BMT bunun nizamlanmasında kömək göstərmək istəyir:
"İki ölkə lideri danışıqlara başlayıb və bu proses davam etməlidir. BMT bu cür münaqişələrin tez bir zamanda zorakılıq tətbiq olunmadan və ədalətli həll olunmasının tərəfdarıdır. Təşkilat bu prosesi dəstəkləməyə hazırdır".
Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci sammiti barədə danışan BMT Baş Assambleyasınını prezidenti bildirib ki, dünyaya yalnız kollektiv səylər vasitəsilə həll olunan problemlərin həlli üçün daha çox əməkdaşlıq, daha çox fəaliyyət lazımdır:
"Azərbaycanın sədr olduğu Qoşulmama Hərəkatında ən vacib amil odur ki, burada həm də BMT üzvü olan 120 ölkə iştirak edir. Bu, BMT-dən sonra ən böyük ölkələr qrupudur. BMT bütün dünyada sülhün təmin olunması məqsədi güdür. Qoşulmama Hərəkatı da bu istiqamətdə əməkdaşlıq üsullarını təmin etməlidir. Bu ideyanın formalaşması Hərəkatın Bakı sammitində vurğulanıb".
T.Məhəmməd-Bande qeyd edib ki, BMT münaqişələri zorakılıq olmadan həll etməyə çalışır:
"Ona görə də 2015-ci ildə BMT ölkələri ümumi məqsədlərimizin olduğu dünyanın yaradılması barədə razılıq əldə edib. Bizim 17 məqsədimiz var və bunlar Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınır. Sülh və təhlükəsizliyinin təmin olunmasının ən yaxşı yolu dünyada inkişafdır. Buna görə də DİM bütün dünya üçün çox vacibdir. Bütün ölkələr 2030-cu ilədək DİM-ə nail olmaq öhdəliyi götürüb".




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Gələn il 25 illiyi tamam olan Azərbaycan Konstitusiyası Əsas Qanun kimi özünü tam doğruldub
11.11.2019
Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir
11.11.2019
Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirəcək
10.11.2019
“Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?“
10.11.2019
“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10940

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info