Nikolu necə dayandırmalı?
Tarix: 29.10.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


«Nikol Paşinyan hökumətinin «misli görünməmiş» nailiyyətlərinin axınını dayandırmaq çətin olsa da, amma bu haradasa mümkündür. Qeyd edək ki, «xalqın baş naziri» dəfələrlə faktları hoqqabazlıqla təhrif etməkdə, ictimai rəyi manipulyasiya etməkdə və hətta püskürdüyü adi yalanlarda ittiham olunsa da, o hələ də öz ampluasındadır». Bunları «Qolos Armenii» saytı yazır.
Ermənistanda normal insan varlığının mənəvi dəyərlər kontekstində dəyişdirmək cəhdlərinin, məhz ölkədəki hakimiyyət dəyişikliyindən sonra ortaya çıxdığını bildirən sayt, bununla yanaşı, yeni hakimiyyətin cəmiyyətə yeni bir əxlaq calamağa çalışdığını da gizlətmir. Sayta görə, bu, daha çox «Respublikaçılar Partiyası»ndan imtina et» şüarı altında həyata keçirilir.
Yeri gəlmişkən bildirək ki, ötən gün Ermənistan parlamentinin sabiq sədri, Respublikaçılar Partiyasından olan Ara Babloyan hakimiyyəti ələ keçirməkdə şübhəli bilindiyi üçün ittihama cəlb edilib(News.am).
«Qolos Armenii» yeni hakimiyyətin «Respublikaçılar Partiyası»ndan imtina et» şüarını irəli sürməkdə əsas məqsəd kimi, keçmiş hakim partiyanın təbliğ etdiyi milli dəyərlərin rədd edilməsini nəzərdə tutduğunu bildirir. Bununla bağlı sayt yazır: «Çünki artıq Ermənistanda hakimiyyətə öz milli dənizçi Jeleznyakı, yəni Nikolu gəlib və o, özünün tətbiq etdiyi «yol nişanları», cənab Sorosun göstərişi ilə ölkədə yeni oyun qaydalarını tətbiq edəcək. Təbii ki, yeni hakimiyyət bu istiqamətdə fəaliyyətə başladı da. Amma nə qədər maraqlı da olsa, bir müddət sonra Sorosun erməni hakimiyyətində vəzifə tutan adamları bu «yol nişanları»nı da çirkləndirməyə başladılar. Beləliklə, ilk olaraq, ölkədəki kilsələrə hücumlar mütəmadi hal aldı, ənənəvi ailə dəyərləri hücum altına alındı və s. Gülməli də olsa, onlar yeni hakimiyyətin ölkədəki «köhnə əxlaqı» da dəyişmək səlahiyyətində olduqlarını gitzlətmədən bəyan etdilər. Bu gün Ermənistan hakimiyyətində daha yaxşı geyinməyə öyrənmiş «savadlı Soros qardaşlar»ı ölkədə qalan ailələrə uşaqları necə böyüdüb əxlaq verməyi də diqtə etməyə çalışırlar. Bunların başında duran Nikol isə cəmiyyəti keçmiş hökumətə qarışanlara və bununla əlaqəsi olmayanlara, yəni «qara» və «ağ»lara bölüb».
Sayt daha sonra Nikolun elə bu gün də siyasi məqsədləri üçün cəmiyyətdəki düşmənçilikdən yetərincə istifadə etdiyini gizlətmir. Bununla belə, Ermənistanda baş verənləri yaxşı görən Avropanın susqunluq göstərməsini sayt ermənilərin səssizliyi ilə əlaqələndirir.
Bəli, doğrudan da, Ermənistanda xalq vəd edilmiş cənnət həyatı almadığını başa düşsə də, hələ ki, səssizdir. Naşı hakimiyyət və onun ailəsinin bu günə qədər görmədiyi həyatdan hazırda ləzzət alaraq milyonlarla dövlət pulunu göyə sovurduğunu seyr etməkdədir. Sayt, xalqın bu susqunluğu qarşısında Nikolun özünü ölkənin mütləq hakimi kimi təsəvvür etdiyini bildirərək yazır: «Başqaları onu dayandırmasa, Nikol dayanmayacaq. Ona görə ki, vaxtilə dənizçi Jeleznyakı da vaxtında dayandırmayanlar son günlərinə qədər onun tətbiq etdiyi «yol nişanları»nın qyadaları altında yaşamağa məcbur oldular.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info