Bu quş Qazaxıstandan Lənkərana uçdu
Tarix: 29.10.2019 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Qazaxıstandan ölkəmizə köç edən və Lənkəranda qarğaların yaraladığı dovdaq quşu xilas olunub. Dünyada nadir quşlardan hesab olunan və adı "Qırmızı kitab"a düşən dovdaq quşunun ayaqlarında qeydiyyat nişanı da var. Xilas olunan quş Qızılağac Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilib.
AZƏRTAC xəbər verir ki, nadir quşu Lənkəran şəhər sakini Elvin Quluzadə xilas edib. Onun sözlərinə görə, axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-yə yaxın qarğanın bir quşu qovduğunu görüb. Həmin quş qarğalara heç bir müqavimət göstərmədən qanadlarından və boğazından yaralanaraq yerə düşüb. Qarğalar yerdə də dovdaq quşunu dimdikləyərək onu hücum ediblər. Vəziyyəti belə görən Elvin quşun düşdüyü əraziyə gedərək, onu xilas edib.
Elvin Quluzadə quşun ayağında möhürlənmiş nişanı gördükdə, aidiyyəti qurumlara məlumat verib və Qızılağac Dövlət Qoruğunun əməkdaşları quşu ondan təhvil alıblar. Quşa baxış keçirdikdən sonra məlum olub ki, o, adı dünyanın, o cümlədən də Azərbaycanın "Qırmızı kitab"ına düşmüş nadir quşlardan hesab edilən dovdaq quşudur.
Qeyd edək ki, dovdaq quşu qışlama üçün su hövzələrinə köç edir. Nəsli tükənməkdə olan dovdaq quşlarının əsas məskəni Qazaxıstan sayılır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Almaniyada casus məktəbi açılıb
15.11.2019
Mobil telefonu cibinizdə gəzdirməyin
13.11.2019
Məşhur müğənni qumarda120 min dollar uduzdu
13.11.2019
Ən çox “içən“ ölkələr - Rusiya ilk onluqda
13.11.2019
Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info