Bakıda qayıqda partlayış: 3 neftçi yandı
Tarix: 29.10.2019 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.
Milli.Az SOCAR-a istinadən xəbər verir ki, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılmışdır.
Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Ər-Riyadda teatr aktyorlarına silahlı hücum olunub
11.11.2019
Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib
11.11.2019
Fransada güclü zəlzələ olub, xəsarət alanlar var
11.11.2019
Binəqədidə evdən külli miqdarda pul və qızıl oğurlayan şəxs saxlanılıb
11.11.2019
Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10940

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info