Qoşulmama Hərəkatının zirvə görüşünün yekun sənədləri Ermənistanda ciddi təlaş yaradıb
Tarix: 29.10.2019 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


25-26 oktyabr 2019-cu il tarixində Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədlər Azərbaycanın böyük diplomatik qələbəsidir. Çünki bu sənədlərdə Hərəkata üzv olan bütün ölkələr birmənalı şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəklədi.
Bunu Trend-ə şərqşünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan torpaqlarını işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı:
“Bu Zirvə Görüşü işğalçı Ermənistan üçün ağır bir zərbə oldu. Bu baxımdan, Zirvə Görüşünün yekun sənədi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin 28 oktyabr 2019-cu il tarixli bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir. Zirvə görüşünün Ermənistanda ciddi narahatçılıq yaratması aydın şəkildə hiss olunur.
Ona görə də uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edir. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür”.
Deputat qeyd edib ki, yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdi:
“Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.
Həmçinin, yekun sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirdi. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyinin dəstəkləməsi yalnız və yalnız bu mövqenin haqlı və ədalətli olmasından irəli gəlir. 120 dövlətin səhv olması, tək Ermənistanın düzgün olması cəfəngiyatdan başqa bir şey deyil”.
Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Görüşün sonunda Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi qəbul olunub.
Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko
30.11.2020
“Müharibənin bitdiyinə ümid edənlər Laçındakı son yaşantıları izləsin”
29.11.2020
“Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik”- Paşinyan
29.11.2020
“Xankəndini də itirəcəyik” – Sarkisyanın etirafı üzə çıxdı
29.11.2020
Jerar Depardye: Azərbaycana heyranam

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info