Nazir “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatın sədri ilə görüşüb
Tarix: 30.10.2019 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 29-da “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans haqqında məlumat verilib.
Konfransın moderatorlarından biri – “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və inkişaf naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə mədəniyyət naziri Ə.Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib.
Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.
Ə.Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb.
“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.
Kulturoloq, professor F.Məmmədov beynəlxalq konfransın təşkilində nazirlik tərəfindən göstərilən dəstəyə və qəbula görə Ə.Qarayevə təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info