Naxçıvanlı çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
Tarix: 30.10.2019 | Saat: 11:36:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınanları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideyn Novruz Mustafayev çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Ramil Bayramov Vətənə layiqincə xidmət edəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında bildirib ki, indi Azərbaycanın güclü ordusu var. Ordumuzun hərtərəfli təminatı, o cümlədən müasir silah və hərbi texnikalarla təchiz olunması imkan verir ki, əsgərlərimiz öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, müasir döyüş silahlarına da dərindən bələd olsunlar. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız çağırışçı gənclərimiz xidmət müddətində bu silahlardan istifadə ilə bağlı mükəmməl biliklərə yiyələnəcək, öz vəzifə borclarını layiqincə yerinə yetirərək valideynlərinin yanına geri dönəcəklər.
İdarə rəisi çağırışçı gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Opalus Partners Group“ şirkəti “HR Meetup“ tədbiri
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info