“Dünya bir palitradır, biz də onun rəngləri”
Tarix: 30.10.2019 | Saat: 12:05:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib. Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdlərinin yağlı boya ilə kətan üzərinə iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalardan istifadə edilməklə hazırladığı 40 rəsm əsəri nümayiş etdirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən çoxsaylı tədbirlərdən danışıb. “Gənc istedadlar” liseyi olaraq “Nəsimi ili”nə öz töhfəmizi şagirdlərimizin əl işləri ilə təqdim etmək qərarına gəldik, deyən direktor, sərgini həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından səmərəli hesab edib. Daha sonra millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun əməkdaşı Emin Hacıyev Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsi kimi qiymətləndirərək, dahi söz ustadı İmadəddin Nəsimi ilə bağlı təşkil edilən sərginin işinə uğurlar arzulayıblar. Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla 9 nəfər şagirdin əl işi 1, 2 və 3-cü yerlərə layiq görülüb. Sərgidə lisey şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, səhnəciklər göstərilib, mahnılar və rəqslər ifa edilib. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info