Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycan da təmsil olunub
Tarix: 30.10.2019 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Özbəkistanın nüfuzlu ali məktəblərindən olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Özbək dilinin tərəqqisi, türkologiya və beynəlxalq həmkarlıq məsələləri” adlı Beynəlxalq konfransın açılışı olub.
Hər il keçirilən konfransda Özbəkistanla yanaşı Azərbaycan, Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin alimləri iştirak ediblər.
Açılış mərasimində Universitetin rektoru, professor Şuxrat Siracəddinov çıxış edərək türk dilləri qrupuna aid olan Özbək dilinə dövlətin qayğısı, ana dilinin tərəqqisi məqsədi ilə həyata keçirilən layihələrdən danışıb, dünyanın müxtəlif ölkələrində Özbək dilini öyrənmək məqsədi ilə kursların təşkil edildiyini, bu istiqamətdə çoxsaylı tədqiqatların, nəşrlərin hazırlandığını qeyd edib.
Rektor Şuxrat Siracəddinov beynəlxalq əlaqələr sahəsində qazanılan uğurlar, birgə lüğət layihələri, müəllim və tələbə mübadiləsi, Universitetin Özbək dilinin tərəqqisi və inkişafı məqsədi ilə həyata keçirdiyi işlər barədə məlumat verib.
Çıxış edən Özbəkistan Ali və orta təhsil naziri İnomcon Məcidov, akademik və Dil İnstitutunun direktoru Nizaməddin Maxmudov, Yazıçılar Birliyinin sədr müavini Ğayrat Macid Özbək dilinin tərəqqisi məqsədi ilə qarşıda duran vəzifələr, problemlər barədə danışaraq konfransın işinə uğurlar arzulamışlar.
Çıxışçılar özbək dilinə dövlət statusu verilməsinin 30 illiyinin tamam olduğunu, məhz vətənpərvər ziyalıların səyi nəticəsində 1989-cu il oktyabrın 21-də özbək dilini dövlət dili elan edildiyini qeyd edərək, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə hər bu tarixin ölkədə “Özbək dilinin bayramı” kimi qeyd olunduğunu söyləyiblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov türk dil ailəsinə aid olan Azərbaycan və Özbək dillərinin öyrənilməsi, təbliği məsələləri haqqında danışaraq, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı, diqqətin artırılması və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbək, Özbək – Azərbaycan dillərində lüğətin, danışıq kitabçalarının hazırlanaraq nəşr edildiyini söyləyib.
Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin türk dil ailəsinin müxtəlif qollarına aid şeirlər səsləndiriblər.
Konfransdan sonra plenar iclaslar və dil sahəsinin aktual məsələlərinə dair seminar təşkil edilib.
Bölmələr üzrə keçirilən iclasda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova “Türk ədəbi dil məktəbinin elmi- nəzəri əsasları mövzusundakı çıxış edib. Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Rusiya, Qazaxıstan alimləri də müxtəlif mövzularda məruzələr keçirilib.






 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info