Arman Babacanyan: ”ABŞ həmişə olduğu kimi, yenə də erməniləri sevindirməyəcək”
Tarix: 30.10.2019 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma «erməni soyqrım»ıyla bağlı qətnamə layihəsinə baxıb. Beəliklə, bu günlərdə qətnamə layihəsinin səsə qoyulacağı gözlənilsə də, ermənilər artıq bunu «qələbə» kimi dəyərləndirməyə başlayıblar. Lakin maraqlıdır ki, bir çox erməni rəsmiləri bunun reallaşacağına hələ də şübhə ilə yanaşırlar.
Məsələn, «erməni soyqrım»ının qəbul ediləcəyinə hələ də tərəddüd nümayiş etdirən erməni deputat Arman Babacanyan «A1 +» saytına verdiyi açıqlamada qətnamənin sonrakı taleyini qiymətləndirməkdə çətinlik çəkdiyini gizlətmir. Onun fikrincə, bu gün ABŞ- Türkiyə münasibətlərində xırda çatlar sezilsə də, bu müvəqqəti xarakter daşıya bilər: «Emosional müstəvidə bu, əlbəttə ki, xoşagəlməzdir, amma böyük siyasət sahəsində bu normal bir haldır. Əslində, həm Senatın, həm də Ağ Evin bu məsələdə qəbul edəcəyi yekun qərar Türkiyə-Amerika münasibətləri sahəsində baş verəcək hadisələrin daha da inkişaf etməsindən asılıdır. Mən əminəm ki, ABŞ bu prosesin nədən başladığını Türkiyədən ala biləcəyi təqdirdə, qətnamə Senat və Ağ Ev tərəfindən təsdiqlənməyəcək.
Doğrudur, biz ermənilər üçün belə sevindirici məqamların sonunun nə ilə nəticələndiyi birinci dəfə deyil. Bu gün də dünya ermənilərini sevindirən bəzi amillərlə yanaşı, onları narahat edən amillər də var. Hər şeydən əvvəl qeyd edilməlidir ki, ABŞ-ın Türkiyəyə etdiyi təzyiq, bir qayda olaraq, sonuncunu Rusiya ilə yaxınlaşmağa sövq edir. Məhz bu mənada biz hadisələrin gələcək inkişafını təkcə Türkiyə-Amerika münasibətlərində deyil, həm də Rusiya-Türkiyə münasibətlərində izləməliyik. Mən yenə təkrar edirəm, əgər ABŞ bu prosesin nədən başladığını Türkiyədən ala bilsə, qətnamə layihəsi Senat və Ağ Ev tərəfindən qəbul olunmayacaq. Doğrudur, Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı apardığı hərbi əməliyyatları Anti-Amerika siyasəti kimi dəyərləndirənlər bunu həmin siyasətin yalnız görünən bir hissəsi kimi təqdim etməyə çalışırdılar. Lakin buna baxmayaraq, düşünürəm ki, ABŞ-ın Türkiyədən gözləntiləri daha uzun və qlobaldır. Bundan əlavə , Türkiyə regionda ABŞ-ın müttəfiqi və eyni zamanda NATO-nun üzvüdür. «Erməni soyqrımı» ABŞ-ın Türkiyəyə münasibətdə istifadə edə biləcəyi son vasitələrdən biri olsa da, düşünürəm ki, ABŞ həmişə olduğu kimi, yenə də erməniləri sevindirməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info