Stres xərçəngə səbəb ola bilər?
Tarix: 30.10.2019 | Saat: 21:50:00 | E-mail | Çapa göndər



Stres orqanizmin təbii qoruyucu reaksiyasıdır. Qısamüddətli, güclü olmayan streslər orqanizm üçün hətta faydalı sayılır.

Lakin stres güclüdürsə və insan ona uzun müddət ərzində məruz qalırsa bu sağlamlığa ciddi ziyan vurur.
Stres zamanı orqanizmdə kortizol və adrenalin hormonlarının (onlara "stres-hormonları" da deyilir) səviyyəsi qalxır. Bu proses qısamüddətlidirsə, problem yoxdur. Lakin stres-hormonlarının səviyyəsi orqanizmdə daim yüksək olduqda, bu artıq çox ciddi pozulmaların riskini artırır.
Xroniki streslər bu kimi sağlamlıq problemlərinə səbəb olur:
- Ürək xəstəlikləri
- Həzm pozulmaları
- Depressiya
- Artıq çəki
- Yuxu problemləri
- İmmun sisteminin zəifləməsi
- Cinsi istəyin azalması
Saglamolun.az bildirir ki, bir çox mütəxəssislərin fikrinə görə, xroniki stress xərçəngin riskini artırır, mövcud olan şişin daha tez böyüməsini, orqanizm boyu yayılmasını stimullaşdırır.
Alimlərin fikrinə görə, xroniki stress immun sisteminin fəaliyyətini pozduğuna görə immun hüceyrələri şiş hüceyrələrini vaxtında aşkar edib zərərləşdirə bilmir və nəticədə xərçəngin riski də artmış olur.
Digər tərəfdən xroniki stress orqanizmdə iltihabın səviyyəsini artırır. İltihablar isə öz növbəsində xərçəngin riskini artırır.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Tez-tez ağlamaq istəyi...
13.12.2019
Çox yatmaq iflic riskini azaldır, ya artırır?
12.12.2019
Çuğundurun bilmədiyiniz faydaları
11.12.2019
Nazir müavini: “Şprislərin saxta olması iddiası...“
10.12.2019
Duzlu suyun bilinməyən faydaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info