Bakıda saxta sürücülük vəsiqələrini hazırlayan dəstə zərərsizləşdirildi
Tarix: 30.10.2019 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini əvvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avdanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Ər-Riyadda teatr aktyorlarına silahlı hücum olunub
11.11.2019
Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib
11.11.2019
Fransada güclü zəlzələ olub, xəsarət alanlar var
11.11.2019
Binəqədidə evdən külli miqdarda pul və qızıl oğurlayan şəxs saxlanılıb
11.11.2019
Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10940

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info