Leyla Zeynalova Riqada gənc pianoçuların VIII beynəlxalq müsabiqəsinin qalibi olub
Tarix: 30.10.2019 | Saat: 22:19:00 | E-mail | Çapa göndər



Azərbaycanlı Leyla Zeynalova Riqada keçirilən gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci olub. Onun ifaçılıq istedadı üç mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, pianoçumuz İohan Baxın musiqilərinin, latviyalı bəstəkar M.Drustenin “Folk Impression” əsərinin ən yaxşı ifaçısı kimi fərqlənməklə yanaşı, Almaniyanın Aynbek şəhərində keçiriləcək Qış Akademiyasına dəvət alıb və münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfindən təsis olunan daha bir xüsusi mükafatla təltif edilib.
Pianoçunun Riqadakı çıxışı ilə bağlı təəssüratlarını bölüşən musiqişünas, professor Zümrüd Dadaşzadə deyib: “Leyla Zeynalovanın adı musiqi ictimaiyyətinə yaxşı bəllidir. Nadir istedada malik Leyla Bülbül adına orta ixtisas musiqi məktəbində, eyni zamanda, iki – violin və fortepiano ixtisasları üzrə təhsil alıb. Onun qardaşı Rüstəm Zeynalov hazırda Moskva Konservatoriyasının aspirantıdır. Mən Leyla ilə 2017-ci ildə tanış olmuşam. Həmin vaxt Leyla istedadı ilə məni heyran etmişdi. Riqadakı müsabiqədə Leyla iki turda Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən ibarət rəngarəng proqram təqdim edərək latviyalı dinləyiciləri və mütəxəssislərinin qəlbini fəth edə bildi”.
Prezident təqaüdçüsü olan L.Zeynalova hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir və professor Kəmalə Neymanovanın sinfində təhsil alır. O, bir sıra müsabiqələrin - Azərbaycan, Almaniya, İngiltərə, Estoniya, Belçika, Danimarkada keçirilən ifaçılıq yarışlarının laureatıdır.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info