Vaşinqtondan Türkiyə ilə bağlı sensasion etiraf...
Tarix: 31.10.2019 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Amerika administrasiyası bütün cəhdlərə baxmayaraq, Türkiyə hakimiyyətini Rusiyadan alınan S-400 zenit-raket sistemlərindən imtina etməyə inandıra bilmir.
Turkustan.info TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident Donald Tramp tərəfindən ABŞ-ın Rusiyadakı səfiri postuna namizədliyi irəli sürülən Con Sallivan Senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket komplekslərinin alınması üzrə saziş 2017-ci ilin sentyabrında bağlanıb. Ankara 2,5 milyard dollar dəyəri olan saziş çərçivəsində komplekslərin iki divizionunu alacaq. Müqavilə istehsal texnologiyaların türk tərəfinə qismən ötürülməsini nəzərdə tutur. Ankara komplekslərin 2020-ci ilin aprelində işə salınacağını açıqlayıb.
S-400-lərin Türkiyə tərəfindən alınmasına ABŞ və NATO qarşı çıxır. Pentaqon iyulun 17-də F-35 beşinci nəsil Amerika qırıcı-bombardmançının istehsalı proqramından Türkiyənin çıxarılması prosesinin başlandığını rəsmən elan edib. Bununla belə, avqustun 28-də ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Türkiyə S-400-lərdən imtina edərsə, Vaşinqton Ankaranın F-35 proqramına qayıdışı imkanına baxacaq.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Yәmәndә evlәrini tәrk edәnlәrin sayı artır
11.12.2019
Nigeriyada hәrbi düşәrgәyә hücum edilib
11.12.2019
Fәxrәddin Altun NATO ilә bağlı açıqlama verib
11.12.2019
Yәmәndә davam edәn müharibә nәticәsindә ölənlərin sayı
11.12.2019
Pentaqon ABŞ-dakı Səudiyyə Ərəbistanı hərbçilərinin təlimini dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info