Zərdab gəncləri könüllülük hərəkatına cəlb olunur
Tarix: 31.10.2019 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbirini həyata keçirmişdir. Tədbir 26.10.2019-cu il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində baş tutumuşdur. Tədbirdən əvvəl rəsmi qonaqlar Şıxbağı kənd şəhidlərinin xatirə abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələrə qoymuşlar.
Zərdab RİH-nin məsil işçisi Tural Nağıyev tədbiri giriş sözü ilə açaraq ölkədə vüsət alan könüllülük hərəkatından danışaraq bu layihənin icrası sayəsində region gənclərin də bu hərəkata tövhə verəcəyinə inanadığını bildirdi. Sonra layihə barədə geniş məlumat vermək üçün sözu İB-in sədr müavini Eldar Xəlilova verdi. Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş danışdı. Sonra İB-in idarə heyətinin üzvü Şükürzadə Şəhriyar hazırlanmış video çarx vasitəsilə Azərbaycan Gənclər Fondu haqqında və “Gəncliyə Dəstək” ictimai birliyi haqqında geniş məlumat verdi və çıxışında könüllülük fəaliyyətinin vacibliyini gənclərə çatdırdı. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.
Tədbirdə çıxış edən Şıxbağı kənd tam orta məktəbin direktoru Sabir Əhmədov layihənin cox əhəmiyyətli olmasını, gənclərin içtimai fəallığının artırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunmasını və xüsusilə kəndli gənclərin cəlb olunmasını alqışladığını qeyd etdi. Kəndlərə gələrək kəndli gənclərlə yaxından iş qurmağın təqdirə layiq olduğunu bildirən məktəbin direktoru Sabir Əhmədov belə tədbirlərin davamlı olmasını xahiş etdi. Tədbirdə Şıxbağı kəndinə yaxın kəndlərinin də gəncləri olmaqla 20 nəfər gənc iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu, geniş video-çarx nümayiş olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11857

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info