300 nəfər əlilliyi olan şəxs təlimlərə cəlb edilib
Tarix: 31.10.2019 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb.
İlkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu rayonlarında 300 nəfər əlilliyi olan şəxs təlimlərə cəlb edilib. Növbəti mərhələdə daha 7 rayonda 400 nəfər proqram iştirakçısı üçün təlimlərə başlanacaq. Ümumilikdə isə dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.
Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info