Prezidentin tapşırığı ilə Muğanlı-İsmayıllı yolunda layihələndirmə işlərinə başlanılıb
Tarix: 31.10.2019 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev Muğanlı-İsmayıllı avtomobil yolunun bərbad vəziyyətdə olduğunu bildirərək tapşırıq verdi ki, qısa zamanda layihələndirmə işləri aparılsın və növbəti ilin investisiya proqramına salınaraq avtomobil yolunun yenidən qurulması həyata keçirilsin. Dövlət başçısının tapşırığından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “AzəryolElmiTədqiqatLayihə” İnstitutunun əməkdaşları əraziyə cəlb olunub. Hazırda ərazidə topoqrafiya-planlanma işləri aparılır.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, yaxın günlərdə yolun elektron xəritəsini çəkmək üçün xüsusi dronlar vasitəsilə uçuşlar aparılacaq. Eyni zamanda, geodeziya-kəşfiyyat işlərinə start veriləcək. Layihə bu ilin sonuna qədər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunacaq. Sonra layihə müvafiq dövlət qurumlarının razılığı əsasında növbəti ilin investisiya proqramına salınacaq və yolun yenidən qurulması işlərinə başlanılacaq. 1978-ci ildə inşa olunan Muğanlı-İsmayıllı avtomobil yolu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 133-cü kilometrliyindən başlayır. Anar Nəcəflinin sözlərinə görə, bu günə qədər yolda cari təmir işləri aparılsa da, əsaslı təmir olmayıb. Yolun 0-16 kilometrliyi dördüncü texniki dərəcəlidir, burada yolun eni 6 metr təşkil edir. 16-40-cı kilometr hissə isə 7 metr enində olan üçüncü texniki dərəcəli yoldur. Yeni yolun ikinci texniki dərəcəli olmaqla, eninin 9 metr təşkil etməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək
13.12.2019
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
13.12.2019
AFB Bank beynəlxalq yarışın sponsoru oldu
13.12.2019
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 “Müsəlmanlar elə zəkatlarını versələr, İslam ölkələrində kasıb qalmaz“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info