Müxalifətin “şər maşını”
Tarix: 31.10.2019 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən müxalifət partiya və təşkilatları, eləcə də onların rəhbərləri əvvəlki illərdən fərqli olaraq “sosial şəbəkə müxalifəti” kimi tanınmağa başlanıb. Real həyatda narazı vətəndaşları öz tərəfinə çəkə, onlarda özlərinə inam yarada bilməyən müxalifət partiyaları özlərinin zəif sosial bazalarını gizlətmək üçün bütün siyasi fəaliyyətlərini virtual həyata daşıyırlar. Artıq müxalifət, xüsusən də radikal müxalifət özünün qürub çağını yaşadığını, xaricdəki ağalarından aldıqları dəstəyin zəiflədiyini anlayaraq, ölkədə xaos yaradılmasına hesablanmış kiçik mitinqlər keçirməyə başlayıb. Hər dəfə uğursuzluqla nəticələnən bu aksiyalar əvvəllər icazəli idisə, indi antikonstitusion qaydada-icazəsiz formada keçirilir. Maraqlıdır ki, eyni vaxtda son illərdə xaricdə formalaşan və on-on beş nəfərdən ibarət olan söyüşcül dəstə, mühacirlərdən ibarət müxalifətçilər də aksiyalar keçirirlər. Yəni ənənəvi müxalifətçilərlə paralel olaraq, müxalif mühacirlərin də aktivləşməsi bir sıra suallar doğurur. Son günlər onlar da “milli şura” kimi, hansısa xarici dairələrdən aldıqları tapşırığa uyğun olaraq, Avropada, xüsusən də Almaniyada Azərbaycan əleyhinə aksiyalar keçiriblər. Daha bir aksiyanı da planlayan həmin mühacirlər, görünür, bu işlərə görə yaxşı qrant ayrıldığını duyublar. O da maraqlıdır ki, ayrı-ayrı Qərb ölkələrində təşkil olunan bu küçə aksiyaları üçün onlara əngəl də yaradılmır. Ümumiyyətlə, bu tip qəfildən meydana gələn aksiyalar daim xeyli suallar doğurub. Məsələn, əgər bu, uzağı 50 nəfərdən ibarət olan anormal küçə aksiyalarını, səfirliklərimiz qarşısına doğru təşkil edilən etiraz yürüşlərini izləsəniz, qəribə mənzərə ilə rastlaşarsınız. Onlar, ya üzü maskalı şəkildə aksiyaya çıxırlar, ya da pul ilə aksiyaya cəlb edilən Avropada yaşayan hansısa miqrant azərbaycanlılar olurlar. Ya da ki, hansısa üsullarla Azərbaycandakı müxalifət partiyalarının verdikləri-satdıqları sənədlər əsasında o ölkələrə qaçan, siyasətdən bixəbər şəxslər olurlar. O da məlum məsələdir ki, “insan haqları” adı altında belə zəif fiqurlardan istifadə edən xeyli sayda beynəlxalq təşkilat var ki, bu təşkilatlar da onların maraqlarına xidmət etməyən ölkələrə belə metodlarla təzyiq edirlər. Bunun üçün də heç şübhəsiz ki, həmin mühacirlərə pullar ayırırlar, nəticədə də Azərbaycan əleyhinə, ya hansısa “həmrəylik saatı”, ya da “oyan” hərəkatı təşkil edilir. Bu qrant oyunlarına səfirliklər qarşısında aksiyaların sərgilənməsi də daxildir. Maraqlıdır ki, həmin mühacir dəstələr özlərini Vətən fədailəri kimi göstərsələr də milli maraqlarda heç vaxt öz xalqlarının istək və arzularına uyğun davranmırlar. Yəni xaricdə yaşayan azərbaycanlılar olaraq, Qarabağ məsələsi ilə bağlı Ermənistan səfirlikləri qarşısında neçə dəfə aksiya keçiriblər? Görən olubmu? Zəbt edilmiş rayon və şəhərlərimizin işğal tarixlərində, Xocalı faciəsi günündə niyə belə canfəşanlıq etməyən, aksiyalar keçirməyən bu dəstələr ilin az qala yarısını Azərbaycanın adını batırmağa hesablanmış küçə yürüşləri keçirirlər. Məqsəd, doğrudanmı, hələ də insanlarımıza tam aydın deyil? Heç bir erməni fəalın yaxud da miqrantın Avropada yaşaya-yaşaya öz ölkəsi əleyhinə bu formada kampaniyalar təşkil etməsini müşahidə etdinizmi? Ermənilərin ən çox narazı olduqları prezidentlərindən olan Sarkisyan əleyhinə biədəb aksiyalar keçirməsini, küçədə anormal şəkildə fotolarla avropalılara “bu bizim narazı qaldığımız rəhbərdir” deməsini gördünüzmü? Yaxud da hansısa məmurlarına qarşı qışqır-bağırla videolar çəkib, verilişlər hazırlayan, Azərbaycanın xeyrinə ifadələr işlədən mühacir ermənilərə rast gəlmisinizmi? Olsaydı, sosiallıqdır, tez bir şəkildə sosial şəbəkələrdə onlar haqqında məlumatlar yayılardı. Necə ki, bizim Anti-Azərbaycan əməlləri ilə məşhur olan Orduxan Temirxanı Ermənistanda tez tanımağa, saytlarında işıqlandırmağa başladılar, oxşar erməni də olsaydı, bizim mediada dərc edilərdi. Xatırlayırsınızsa, Orduxanın vaxtilə “ermənilər bizim abidələri dağıtmayıblar” deməsinə ölkəmizdə ictimai qınaq artandan sonra erməni mətbuatı onu az qala qəhrəman kimi təqdim etməyə başlamışdı.
Uzun sözün qısası, mühacirlərin beş-on nəfərlik aksiyaları əvvəlki dövrlərdə olduğu kimi, yenə də effekt verməyəcək, sadəcə olaraq, bu adamlar sosial şəbəkələrin verdiyi bəzi imkanlardan öz maraqları üçün yararlanmağa çalışırlar. Hələ ki, müxalifətçilər qrantlardan, ayrı-ayrı qaranlıq mənbələrdən gələn çirkli pullardan alaraq, siyasi fəal kimi özlərini göstərib ölkələri əleyhinə aksiya və verilişlər təşkil edirlər. Müxalifətin şər maşınına çevrilmiş bu adamların isə cəmiyyətimizdə zərrə qədər də hörməti yoxdur...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
21.11.2019
“1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı”
21.11.2019
Əli Həsənov: “Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülü
21.11.2019
Müxalifət rəhbərlərinin başı dərddə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info