“Biz “Kitab dayanacaqları“nın taleyini insanlarımıza həvalə edirik“
Tarix: 31.10.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Röyal Süleymanov: "Hədəfimiz budur ki, qanun çərçivəsində bütün parklarımızda "Kitab dayanacaqları" quraşdıraq"

Bugünlərdə Bakıda Progress Club tərəfindən "Kitab dayanacağı" layihəsinə start verilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstəklənən layihə çərçivəsində mərhələlərlə Bakı parklarında "Kitab dayanacaqları" quraşdırılacaq. SOCAR-ın əməkdaşı, Progress Clubun İcraçı direktoru Röyal Süleymanov "Palitra"ya müsahibəsində görüləcək işlərdən danışıb.

- "Kitab dayanacağı" layihəsini həyata keçirmək hansı zərurətdən irəli gəldi?

-Açılışdakı açıqlamamızda da demişdik ki, layihənin məqsədi cəmiyyətdə gördüyümüz əsas iki boşluğu, qismən də olsa, doldurmaqdır. Biri oxuma və maariflənmə vərdişlərindən uzaq olmağımız, digəri də ictimai mülkiyyətlə davranma etikamızın kasad və formalaşmamış olması. Biz bu boşluqları görüb komandamızla belə bir layihə etmək qərarına gəlmişik.

- Hansısa ölkədə belə təcrübə varmı?

- Bəli, əlbəttə. Bu təcrübə, əslində, Azərbaycanda ilklərdən olsa da dünyada heç də yeni bir şey deyil.

- Təxminən neçə nəfərlik komanda ilə bu layihəyə start veribsiz?

-Layihəni, bildiyiniz kimi, Progress Club həyata keçirib. Bütün digər layihələrimizdə olduğu kimi, bu layihəmizdə də, demək olar ki, hər klub üzvümüzün əməyi olub. Xırda işdən tutmuş, vaxt alan, çətin işlərə qədər... Hətta 7 üzvümüz o kitab dayanacağını gündəlik ziyarət etmək, qanunla problem doğuracaq kitab varsa aradan qaldırmaq üçün öz aralarında qrup da yaradıb. Hərəsi həftənin bir günü “Kitab dayanacağı”nı ziyarət etməlidir. Düşünürəm ki, klubumuzun gücü də elə bundadır. Biz layihə həyata keçirəndə kimlərəsə məcbur iş tapşırmırıq. Əksinə, üzvlər özləri əllərini daşın altına qoymaq, çiyinlərini işə vermək üçün can atırlar. Klubumuzun isə rəsmi olaraq üzv sayı 30-dan bir az çoxdur.

- Yəqin ki, layihə iştirakçıları, əsasən, könüllülərdir?

-Klubumuz elə ən başdan könüllü fəaliyyəti prinisipi ilə işləyir. Burada heç kəsə maaş verilmir. Heç kəs hansısa titula yiyələnmir. Hər birimiz, elə içi mən özüm də qarışıq (direktor olmağıma baxmayaraq), könüllü surətdə əlimizdən gələni edirik. Etməkdə də davam edəcəyik.

- Layihə üçün kitabları haradan əldə edirsiz?

-Sırf "Kitab dayanacağı" layihəsini nəzərdə tutursunuzsa, ilk dəfə açılış olanda köşkün içini könüllülərdən toplanılmış kitablar hesabına doldururuq. Daha sonra dayanacağın taleyini insanlarımıza həvalə edirik. İstəyən, istədiyi bir kitabı götürsün, istədiyi kitabları gətirib qoysun. Amma bizim "Progress Library" layihəmiz də var. Orada biz daimi pulsuz kitabxana qurmaq üzrəyik. Burada gənclərimiz kitabları 2 həftəlik müddətə götürüb oxuya bilərlər, amma qaytarmaq şərtilə. O kitabxanamızın kitablarının isə bir qismini öz klub üzvlərimiz təmin etsə də, bir xeyli hissəsini üzvümüz olmayan könüllü gənclər bizə ianə ediblər. Buradan o gözəl insanlara da bir daha təşəkkür etmək istərdim.

- Hədəfdə hansı ərazilərdəki dayanacalarda bu kitab rəflərini yaratmağı planlayırsız?

-Hədəfimiz budur ki, hər zaman olduğu kimi, bundan sonra da qanun çərçivəsində addımlayaraq, bütün parklarımızda bu kitab dayanacaqlarından quraşdıraq. Nə qədər uğurlu olub-olmayacağımızı isə zaman göstərəcək.

- Bu layihədə nə kimi risklər var?

-Layihədə heç bir risk yoxdur. Progress Club ancaq proqressiv söhbətlərin, layihələrin, təşəbbüslərin parçası olub və bundan sonra da ancaq bu yolda fəaliyyət göstərəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Müharibə davam etsəydi, bəlkə də Paşinyan... Fransız jurnalistlə müsahibə
23.11.2020
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
23.11.2020
Türkiyə faktoru hər şeyi dəyişdi... – Rusiyalı politoloq
20.11.2020
Şevçenko ermənipərəst iddiaları darmadağın etdi
19.11.2020
Türk ordusunun Azərbaycana gəlməsi NATO-nun…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info