Elxan Ələsgərov: Qondarma “erməni soyqırımı” barədə sənədin qəbul olunması ABŞ-ın bütün türk dünyası ilə münasibətlərinə ziyan vurur
Tarix: 31.10.2019 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Qondarma “erməni soyqırımı” barədə sənədin qəbul olunması ABŞ-ın təkcə Türkiyə ilə deyil, bütün türk dünyası ilə münasibətlərinə ziyan vurur. Bunu Trend-ə “Baku Network” beynəlxalq ekspert şurasının rəhbəri Elxan Ələsgərov ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib. Ekspert bildirib ki, bu qətnamə qərəzli xarakter daşıyır: “Yəqin ki, amerikalı konqresmenlərin yaddaşlarında problem var. Konqres qondarma “erməni soyqırımı”na səs verməklə, 69 il əvvəl məhz Türkiyənin ABŞ-ı Koreyada məğlubiyyətdən xilas etdiyini unudur. 1950-ci ildə ABŞ kömək üçün NATO ölkələrinə müraciət etsə də, Türkiyədən başqa heç bir dövlət müraciətə cavab vermədi. Ankara ABŞ-a kömək olaraq 5 min əsgər və zabitdən ibarət briqada göndərdi. Türk generalı Tahsin Yazıcı geriyə çəkilən ABŞ ordusunun sol cinahını qorumaq əmri verdi. Amerikalı general MakArtur türk əsgərlərini qəhrəman adlandırıb. Müharibədən sonra kitab yazmış hərbçi Entoni Herbert qeyd etmişdi ki, türklər düşmənlə yalın əllə döyüşürdülər. “Bu gənc oğlanların müharibə təcrübəsi yox idi, amma onların cəsarəti bizi təəccübləndirirdi. Onların döyüşməyinə baxanda mən həm tanrıya, həm də BMT-yə təşəkkür edirdim ki, türklər bizimlədir”. Hesab edirəm ki, konqresmenlər uzun müddət ABŞ-Türkiyə münasibətlərinin əsasını təşkil edən bu tarixi unudublar”.

Elxan ƏIəsgərov,
Fəlsəfə doktoru, Baku Network Ekspert Şurasının direktoru




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info