“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”
Tarix: 31.10.2019 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib. Nazir bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır: “Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib. Ağacların əkilməsi ilə iş bitmir, əkilən ağacların bitiş faizinin yüksək olması, ağacların böyüyüb yaşıllıq zolağına çevrilməsi üçün aqrotexniki qulluq tələb olunur. Əkilən ağacların gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir. Biz bu işə ictimai təşkilatları da dəvət edirik”, - deyə M.Babayev ictimaiyyəti bu işdə aktiv olmağa səsləyib.

Plastik tullantıların təkrar emalı müəssisələri yaradılmalıdır
Nazir bildirib ki, Azərbaycanda plastik tullantıların düzgün idarə olunması məqsədilə bu tullantıların təkrar emalı müəssisələri yaradılmalıdır. Bununla bağlı sahibkarlarla danışıqlar aparılır. Nazir xatırladıb ki, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” icra olunur. Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür. “Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir,” – deyən nazir plastik tullantılarının təbiətə vurduğu ziyan barədə ictimaiyyətin maarifləndirilməsinin vacibliyindən də danışıb.

Yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

“İstismarda olan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35 faizinin istehsal tarixi 10 ildən, 23 faizinin istehsal tarixi 20 ildən, daha 19,1 faizinin istehsal tarixi isə 30 ildən yuxarıdır”. Nazirin sözlərinə görə, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb.
Avtomobil parkının köhnəlməsinin intensiv şəkildə davam etdiyini bildirən nazir qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.
Nazir M.Babayev məlumat verib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.

Ölkədə yeni Milli Meşə proqramı hazırlanır
Nazir bildirib ki, meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95%-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb. O qeyd edib ki, meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq, hələ ki qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı (2019-cu il üzrə 62 min kubmetr) kimi verilir: “Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır”.
M.Babayev qeyd edib ki, kadr potensialını artırmaq məqsədilə Meşə Mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. Ümumilikdə son 1 il ərzində nazirliyin 10% işçisi treninqlərə cəlb olunub. Azərbaycanda yeni Milli Meşə proqramının hazırlandığını bildirən nazir vurğulayıb ki, meşələrin bərpası istiqamətində ciddi iş aparılır. M.Babayev əlavə edib ki, noyabrın ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 650 min ağacın əkilməsi həyata keçiriləcək: "Ağaclar müxtəlifnövlüdür və hamısı Azərbaycan istehsalı olan ağaclardır. Ağaclar əkildikdən sonra onlara qulluq və nəzarət edilməsində ictimaiyyət də aktiv olmalıdır".

“Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın”
“Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur”. Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.
M.Babayev əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işləri davam edir və ildən-ilə bu proses artır: “Biz bunun müsbət nəticələrini görəcəyik”.

İlk Biosfer qoruğun yaradılması üçün işlər aparılır
Nazir onu da qeyd edib ki, Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi məqsədilə xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Nazir bildirib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82 680 nəfər səfər edib: “Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist axını qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb”.
M.Babayev vurğulayıb ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb: “Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb. Ovçuluq təsərrüfatlarının müasir standartlara uyğun təşkil edilməsi, zəruri infrastrukturun yaradılması və ovçuluğun sivil qaydada təşkili məqsədi ilə ovçuluq təsərrüfatlarının açıq müsabiqə yolu ilə sahibkarların uzun müddətli istifadəsinə verilməsi işləri davam etdirilir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info