Gömrük Akademiyası 14-cü PICARD konfransında təmsil olunub
Tarix: 01.11.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və İxtisas fənləri kafedrasının müdiri Elvin Əlirzayev 22-24 oktyabr 2019-cu il tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Şimali Makedoniya Respublikasının Maliyyə Nazirliyi və Gömrük İdarəsinin təşkilatçılığı ilə keçirilən 14-cü PICARD konfransında iştirak ediblər. Dünya Bankı, Avropa Komissiyası, həmçinin beynəlxalq hüquq firmaları və universitetlər daxil olmaqla, hökumət, o cümlədən özəl sektor qurumları, akademik və düşüncə mərkəzlərinin nümayəndələrinin qatıldığı üç günlük konfransda 40-dan çox təqdimat məruzə olunub. Konfransda ümumilikdə 50 ölkədən 240 nümayəndə iştirak edib.
Qulu Novruzov səfər çərçivəsində Şimali Makedoniya Gömrük İdarəsinin Baş direktoru Gjoko Tanasoski, Koreya Gömrük Xidməti Gömrük Sərhədinə Nəzarət Təlim İnstitutunun baş direktoru Anna Ço ilə görüşərək Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib.
Akademiyanın rəisinin Niderlandın Delft Texnologiya Universiteti, Polşanın Varşava İqtisadiyyat İnstitutu, Almaniyanın Münster Universiteti, Kiril və Metodis Universiteti, Rusiya Prezidenti yanında Milli iqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının nümayəndələri ilə görüşlərində ikili diplom və mübadilə proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib. Eyni zamanda, Qulu Novruzov Şanxay Gömrük Kollecinin direktoru, professor Conq Yuao və Kiril və Metodis Universitetinin Regional təlim mərkəzinin rəhbəri, professor İrena Kikerkova ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Konfrans çərçivəsində baş tutan VI Gənclər Forumunda Akademiyanın “İqtisadiyyat” ixtisası üzrə tələbələri “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesində gömrük sisteminin adaptasiyası” mövzusunda məruzə ilə uğurlu çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nikola Sarkozi Azərbaycanda olub
22.11.2019
İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
22.11.2019
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22.11.2019
Sənaye şirkətlərinin üçdə ikisi kiber hücumları gizli saxlayır
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info