“Gələn il aqrar sektorda daha böyük uğurlar əldə olunacaq”
Tarix: 01.11.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


“Aqrar sahə bu il də ötən ildə olduğu kimi inkişaf edir, fermerlərimiz bütün sahələrdə - taxılçılıq, pambıqçılıq, tütünçülük və digər sahələrdə uğurlu nəticələr qazanıblar. Hesab edirəm ki, dövlətimizin bu sahəyə göstərdiyi qayğı və Prezidentimizin tapşırıqları nəticəsində fermerlərimiz tərəfindən gələn il aqrar sektorda daha böyük uğurlar əldə olunacaq”. Bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlərə açıqlamasında deyib.
İnam Kərimov bildirib ki, kənd təsərrüfatına, fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hər il noyabrın 1-nin kənd təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd edilməsi də dövlət tərəfindən bu sahəyə göstərilən qayğının bir təzahürdür.
Nazir subsidiyaların elektronlaşdırılmasından danışarkən qeyd edib ki, subsidiyaların verilməsi, qeydiyyata alınması Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə reallaşacaq. Hazırda fermerlər elektron kənd təsərrüfatı sistemindən qeydiyyatdan keçib və subsidiyalar gələn ildən ancaq elektron qaydada veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info