Monqolustan Türk Birliyinə qoşulur
Tarix: 01.11.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


“Monqolustan türk dövlətlərilə əməkdaşlıqda maraqlıdır və Beynəlxalq Türk Akademiyasına üzvlük məsələsini nəzərdən keçirir. Bu barədə ölkənin Baş nazirinin müavini bəyan edib”.
Monqolustan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığı genişləndirmək və təşkilata üzvlüyü nəzərdən keçirmək niyyətindədir. Bunu Beynəlxalq Türk Akademiyasını ziyarəti zamanı Monqolustan Baş nazirinin müavini Ölziysayxan Enxtüvşin deyib. Qızıl Orda dövlətinin 750 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi dəyirmi masaya qatılan qonaq, ölkəsinə qayıtdıqdan sonra bununla bağlı xüsusi komissiyanın da qurulacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, elmi inteqrasiyanın əhəmiyyətini nəzərə alaraq Monqolustan 2014-cü ildən başlayaraq Beynəlxalq Türk Akademiyası ilə yaxından əməkdaşlıq edir və onun fəaliyyətini diqqətlə izləyir. Bir neçə ildir həyata keçirilən ortaq layihələr, ölkə ərazisində aparılan birgə arxeoloji tədqiqatlar ortaq tariximizlə bağlı maraqlı və yeni məqamlar, tapıntılar ortaya çıxarıb.
Sitat: “Biz Beynəlxalq Türk Akademiyası ilə artıq xeyli vaxtdır birgə layihələr, elmi tədqiqat ekspedisiyaları həyata keçiririk. Bu çox gözəl nəticələr verir. 750 illiyini qeyd etdiyimiz Qızıl Orda dövləti bizim ortaq tariximizdir. Gələn il Tonyukuk abidəsinin 1300 illik yubileyini Beynəlxalq Türk Akademiyası ilə birlikdə UNESCO səviyyəsində qeyd etməyə hazırlaşırıq. Qazaxıstan tərəfi bizi təşkilata üzvlüyə dəvət etdi. Biz bu dəvətə müsbət yanaşırıq. Monqolustan tərəfi xüsusi komissiya yaradaraq bunu nəzərdən keçirəcək”.
Ölziysayxan Enxtüvşin bildirib ki, Monqolustan ölkə ərazisindəki qədim Türk irsinin, Çingiz xan, Qızıl Orda kimi ortaq tarixi dəyərlərin və abidələrin qorunmasına böyük önəm verir. Bu baxımdan 2020-ci ildə UNESCO tərəfindən Tonyukuk abidəsinin 1300 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsinə hər cür dəstək verəcək.
Qazaxıstan Baş nazirinin müavini Berdibek Saparbayev də Monqolustanı Akademiyaya müşahidəçi üzv olmağa çağırıb və bütün türkdilli ölkələrin bundan məmnunluq duyacağını bildirib. Onun sözlərinə görə, yüz illər boyu birlikdə yaşayan, ortaq dövlətçilik ənənələri formalaşdıran bu ölkələri sıx tarixi tellər bağlayır.
Sitat: “Monqolustanın Beynəlxalq Türk Akademiyasına üzvlük perspektivinə ümidlə baxıram. Çünki bizi büyük ortaq tarixi keçmiş birləşdirir. Ona görə də Monqolustanı üzvlüyə, daha sıx işbirliyinə dəvət etdim. Bildiyiniz kimi, artıq Macarıstan və Özbəkistan üzv oldu. Bizimlə ortaq dəyərləri paylaşan digər dövlətlərin də qoşulması təşkilatlarımızın nüfuzunu artırar və ən başlıcası öz tariximizə sahib çıxmağa və birgə gələcəyimizi müəyyənləşdirməyə yardımçı olar”.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qədim türk yazılı abidələrinin, maddi və mənəvi mirasının çox qiymətli bir hissəsinin məhz Monqolustan ərazisində olduğunu, ortaq mirasımızın dünyaya daha yaxından tanıdılması üçün bu ölkəylə əməkdaşlığa xüsusi önəm verildiyini, bu məqsədlə bir neçə ildir ortaq tədqiqatların aparıldığını bildirib.
Ölkə ərazisindəki qədim türk abidələrinin qorunub saxlanmasına verdiyi töhfəyə görə Monqolustan Baş nazirinin müavini “Vilhelm Tomsen” medalı ilə təltif edilib. Qeyd edək ki, tədbir çərçivəsində Qızıl Orda tarixi ilə bağlı bir sıra kitabların təqdimatı keçirilib və türk dünyasının müxtəlif bölgələrindən eksponatların toplandığı “Türk Muzeyi” ziyarət olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info